Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKIDA SƏRBƏST GÜLƏŞ ÜZRƏ 45-Cİ AVROPA ÇEMPİONATI BAŞA ÇATMIŞDIR

Mayın 4-də Bakı İdman-Konsert Kompleksində sərbəst güləş üzrə 45-ci Avropa çempionatının son görüşləri keçirilmişdir. İdmançılar dörd çəki dərəcəsində medallar uğrunda mübarizə aparmışlar. 

Ölkəmizin paytaxtında ilk dəfə keçirilən, Avropanın 25 ölkəsindən 150-dən çox idmançının iştirak etdiyi bu mötəbər yarışda Azərbaycan idmançıları bütün çəki dərəcələrində təmsil olunmuşdular. Mayın 3-də Nazim Əlicanov (55 kiloqram) qızıl, Elman Əsgərov (66 kiloqram) gümüş medallar qazanmışdılar.

Mayın 4-də isə 60 kiloqram çəki dərəcəsində üçüncü yer uğrunda mübarizə aparan Arif Abdullayev Belarus idmançısı ilə çətin görüşün son saniyələrində rəqibinə qalib gəldi. Qızıl medala isə Ukrayna idmançısını məğlubiyyətə uğradan Türkiyə güləşçisi Arif Kama sahib oldu. Türkiyənin digər iki idmançısı - Fatih Çakıroğlu (96 kiloqram) və Zəkəriyyə Güclü (120 kiloqram) bürünc medallara layiq görüldülər.

Macarıstan idmançısı Arpad Ritter (74 kiloqram), Rusiya güləşçiləri Kuramaqamed Kuramaqamedov (96 kiloqram) və David Musulbes (120 kiloqram) öz çəki dərəcələrində fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar.

Komanda hesabında birinci yerə Rusiya, ikinci yerə Gürcüstan, üçüncü yerə isə Türkiyə idmançıları çıxdılar.

Avropa Güləş Federasiyasının prezidenti Tsen Tsenov Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti, Milli Məclisin deputatı İlham Əliyevə Beynəlxalq Güləş Federasiyasının fəxri medalını və 45-ci çempionatın xatirə medalını, gənclər, idman və turizm naziri Əbülfəz Qarayevə və Azərbaycan Güləş Federasiyasının prezidenti Abbas Abbasova 45-ci çempionatın xatirə medallarını təqdim etdi.

Dağıstan hökuməti sədrinin birinci müavini Gitinməhəmməd Hacıməhəmmədov MOK-un prezidenti İlham Əliyevə dostluq rəmzi olan xatirə kuboku hədiyyə etdi.

Azərbaycan Güləş Federasiyasının prezidenti Abbas Abbasov Beynəlxalq və Avropa güləş federasiyalarının üzvlərinə, hakimlərə və məşqçilərə bu mötəbər yarışın fəxri medallarını təqdim etdi.

Bununla da sərbəst güləş üzrə 45-ci Avropa çempionatı bağlı elan olundu.

X X X

Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti, Milli Məclisin deputatı İLHAM ƏLİYEV jurnalistlərə müsahibə verdi.

SUAL: İlham müəllim, üç gündür paytaxtımızın İdman Konsert-Kompleksində böyük bayram əhval-ruhiyyəsi hökm sürür. Güləşçilərimiz Avropa çempionatında 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib oldular. Sizcə, bunu, böyük qələbə kimi qiymətləndirə bilərikmi?

CAVAB: Mən sizinlə razıyam. Hesab edirəm ki, bu çox böyük qələbədir. Bizim idmançılarımız çox yüksək səviyyəli görüşlər keçirdilər. Tamaşaçılar da bundan çox razıdırlar. Gördüyünüz kimi, üç gün ərzində bu idman sarayı dolu idi, çox böyük maraq var idi. Baxmayaraq ki, çempionatın gedişi televiziya kanalları ilə yayımlanırdı, lakin idman həvəskarları burada görüşləri canlı şəkildə izləyirdilər.

Əlbəttə, Azərbaycanda çox böyük idman bayramı idi. Biz istəyirdik ki, idmançılarımız daha çox qələbə qazansınlar. Belə də oldu - 1 qızıl, 1 gümüş, 1 bürünc medal çox böyük nəticədir. Avropa çempionatı kimi mötəbər yarışda belə uğurlar əldə etmək, əlbəttə, ölkənin idman potensialını göstərir. Ona görə mən bu nəticələrdən çox razıyam.

SUAL: 2003-cü ildən başlayaraq, belə yarışlar Afina yay olimpiya oyunlarına vəsiqə qazanmaq xarakteri daşıyacaqdır. Beynəlxalq Güləş Federasiyasının, Avropa Güləş Federasiyasının rəhbərliyi Bakıda keçirilən 45-ci çempionatın yüksək səviyyədə təşkil olunduğunu bildiriblər. Bu fakt gələcəkdə də Bakıda belə mötəbər yarışların keçirilməsinə əsas verə bilərmi?

CAVAB: Mən buna inanıram. Biz çox istəyirdik ki, bu Avropa çempionatı Azərbaycanda keçirilsin. 2000-ci ildə Sidney olimpiadası zamanı biz Beynəlxalq Güləş Federasiyasının prezidenti ilə bu barədə danışıqlar aparmışdıq. Sidneydə qərar qəbul olunmuşdu ki, 45-ci çempionat Azərbaycanda keçirilsin.

Əlbəttə, biz istəyirdik ki, tamaşaçılarımız belə gözəl, mötəbər idman yarışını canlı şəkildə izləyə bilsinlər. Amma eyni zamanda, biz hələ o vaxt düşünürdük ki, bu, Azərbaycanda böyük beynəlxalq yarışların keçirilməsi üçün əsas yarada bilər. Yəni yarışda iştirak edən idmançılar, qonaq kimi gələn insanlar, Beynəlxalq Güləş Federasiyasının məsul şəxsləri gözləri ilə görsünlər ki, Azərbaycanda idmanda böyük inkişaf var, ölkəmizdə böyük beynəlxalq yarışların keçirilməsi üçün hür cür şərait vardır. Ona görə mən ümidvaram ki, gələcəkdə Azərbaycanda dünya çempionatı da, lisenziya turnirləri də keçirilə bilər. Biz artıq bu istiqamətdə müxtəlif beynəlxalq federasiyalarla iş aparırıq, bir neçə federasiyaya belə sifarişlər göndərmişik ki, lisenziya turnirləri Azərbaycanda keçirilsin. Baxarıq, hansı mümkün olacaqsa, onu da edəcəyik.

Mən bu çempionatın keçirilməsindən çox razıyam. Burada təşkilat işləri çox yaxşı qurulmuşdur. Avropa Güləş Federasiyasının prezidenti cənab Tsen Tsenov, Beynəlxalq Güləş Federasiyasının birinci vitse-prezidenti cənab Martinetti bu gün də, dünən də mənə dəfələrlə deyirdilər ki, Azərbaycanda dünya çempionatını keçirmək olar. Hətta bəziləri də deyirdilər ki, bu baxımdan son beş il ərzində keçirilmiş Avropa və dünya çempionatları ilə müqayisə edəndə, əlbəttə, üstünlük Azərbaycanın tərəfindədir.

Mən fürsətdən istifadə edərək, çempionata hazırlıq işlərində iştirak edən bütün şəxslərə təşəkkürümü bildirirəm. Bilirsiniz, biz çox həyəcanlı idik, istəyirdik ki, çempionat yüksək səviyyədə keçsin. Eyni zamanda, çox istəyirdik ki, idmançılarımız yüksək nəticələr qazansınlar. Belə də oldu.

SUAL: Ötən il Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin dediyi bir söz idman ictimaiyyətinin yaddaşına həkk olunubdur: “Afina Yay Olimpiya oyunlarına üç il yox, iki il qalıbdır”. Milli Olimpiya Komitəsinin qarşıdakı olimpiadaya hazırlıq sahəsində gördüyü işlər, gələcək planları barəsində nə deyərdiniz?

CAVAB: Hazırlıq işləri gedir. Mən böyük ümidlərlə yaşayıram. Bir neçə idman növündə çox yüksək nəticələr əldə etmək üçün gözəl imkanlarımız var. Mən əvvəlcədən hansısa vəd, proqnoz vermək istəmirəm. Amma hazırkı vəziyyət məni qane edir. İnanıram ki, növbəti iki il ərzində idmançılarımız öz səviyyələrini daha da artıracaq və biz Afinaya tam hazır vəziyyətdə gedəcəyik.

AZƏRTAC

Foto Yaşar Xəlilovun və

İlqar Cəfərovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur