İQTİSADİYYAT
Bakıda tarixi binanın sürüşdürülməsi işləri başa çatmışdır
Bakı, 1 may (AZƏRTAC). Niderlandın “Bresser” şirkəti paytaxtın Füzuli küçəsi, 39 ünvanda yerləşən qədim - tarixi binanın sürüşdürülməsi işlərini başa çatdırmışdır.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin rəhbəri Leon Sveyxers Bakıda keçirdiyi mətbuat konfransında bildirmişdir.
Qeyd edilmişdir ki, aprelin 23-də başlayan binanın relokasiyası (sürüşdürülməsi) üzrə işlər 4 gün ərzində aparılmışdır. Binanın yerinin dəyişdirilməsi onun altında yerləşdirilən hidravlik qurğuların köməyi ilə mümkün olmuşdur. Hazırda ağırlığı 18 min ton olan binanın yeni bünövrəsinə oturdulması prosesi gedir.
Şirkətin təsisçisi Herman Bresser isə binanı yeni bünövrəsinə oturtmaq üçün 2 həftə vaxt tələb olunduğunu açıqlamışdır. Hesablamalara görə əvvəlkindən daha möhkəm olacaq bina yeni yerində 8 ballıq zəlzələyə davam gətirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]