Bakıda TDT ölkələri nazirlərinin ikinci iclası keçiriləcək
Bakı, 30 avqust, AZƏRTAС
Sentyabrın 6-dan 8-dək Bakıda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə nazirlərinin ikinci iclası keçiriləcək.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
İclasda TDT-yə üzv və müşahidəçi ölkələrin fövqəladə hallarla mübarizə üzrə aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı nəzərdə tutulur.
Həmçinin tədbir çərçivəsində “Bakı-2023” Beynəlxalq təliminin keçirilməsi gözlənilir. Təlimdə TDT-yə üzv dövlətlərin fövqəladə halların idarə edilməsi üzrə aidiyyəti qurumlarının xilasetmə qüvvələrinin iştirakı planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:05]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]