Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Vətəndaş cəmiyyəti dialoqu” layihəsinin təqdimatı olub VİDEO

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də Bakıda Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan “Vətəndaş cəmiyyəti dialoqu” layihəsinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov layihənin gözlənilən nəticəni verəcəyinə ümid etdiyini bildirərək deyib ki, qeyri-hökumət təşkilatları hər bir demokratik cəmiyyətdə mühüm ictimai funksiya daşıyır. İctimai təşkilatlarda çalışaraq təcrübə toplamış şəxslər sonradan fəaliyyətlərini müxtəlif dövlət qurumlarında və özəl sektorda uğurla davam etdirirlər. Buna görə də dövlət orqanlarının QHT-lərlə yaxından əməkdaşlıq etməsi, qərarların qəbulu və sifarişlərin icrası prosesində onların iştirakına şərait yaradılması mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verir. Hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi baza mövcuddur. Bəzi ictimai sektor təmsilçilərinin və beynəlxalq təşkilatların son illər qanunvericilik aktlarına edilmiş dəyişikliklərlə bağlı narahatlığına toxunan Prezidentin köməkçisi deyib ki, həmin dəyişikliklər bu sahədə şəffaflığın, hesabatlılığın və nizam-intizamın artırılması, qeyri-hökumət təşkilatlarının dövlət orqanları ilə əlaqələrinin asanlaşdırılması üçün edilib.

Azərbaycan dövləti hazırda vətəndaş cəmiyyəti təsisatları üçün ən böyük donor rolunda çıxış edir. Bu məqsədlə ictimai sektorun yaxından iştirakı ilə formalaşdırılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis olunub. Son üç il yarımda yalnız bu iki təşkilatın xətti ilə 5 mindən çox layihəyə 33 milyon manatdan artıq vəsait verilib.

Əli Həsənov vurğulayıb ki, Azərbaycan dövləti yalnız yerli QHT-lərə qrant verməklə kifayətlənmir. 2012-ci ilin mayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Əsasnaməsinə müvafiq dəyişikliklər edilib, quruma xarici və beynəlxalq qeyri-hökumət təşkilatlarının hazırladıqları proqram və layihələri dəstəkləmək səlahiyyəti verilib. “Hesab edirəm ki, bizim “Vətəndaş cəmiyyəti dialoqu” layihəsinə göstərdiyimiz dəstək də həmin siyasətə tamamilə uyğundur. Əminəm ki, bu istiqamətdə Avropa Şurası və digər beynəlxalq qurumlarla əməkdaşlıq müsbət nəticələrini verəcək”,- deyə Prezidentin köməkçisi vurğulayıb.

Avropa Şurası Demokratiya Baş Direktorluğunun demokratik idarəetmə üzrə direktoru xanım Klaudiya Luçiani bildirib ki, Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət planının bir hissəsi olan bu layihə ilə bağlı ötən il Strasburqda maraqlı müzakirələr aparılıb. Azərbaycan Hökuməti bu layihənin reallaşmasına dəstək göstərib. Avropa Şurasına üzv olan Azərbaycanın bu qurum üçün çox əhəmiyyətli bir ölkə olduğunu deyən K.Luçiani vurğulayıb ki, vətəndaş cəmiyyəti mövzusu təmsil etdiyi təşkilatın fəaliyyətinin əsasını təşkil edir. O, məqsədi QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi və QHT-lərin potensialının artırılması olan layihənin məhsuldar və uğurlu olacağına əminliyini bildirib.

Azərbaycanın Avropa Şurası və onun strukturları ilə səmərəli əməkdaşlıq etdiyini deyən ədliyyə nazirinin müavini Toğrul Musayev qeyd edib ki, avropalı ekspertlərin iştirakı ilə son illər ölkəmizdə bu sahədə mühüm islahatlar aparılıb. Layihənin QHT və dövlət qurumları arasında dialoq və əməkdaşlığın möhkəmləndirilməsindəki roluna toxunan nazir müavini vurğulayıb ki, Ədliyyə Nazirliyi də onun həyata keçirilməsinə dəstək verib, Avropa Şurasının Bakı ofisi ilə səmərəli iş aparılıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətidir və bu sahədə qanunvericilik daim təkmilləşdirilir, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı mühüm işlər görülür, onların inkişafı üçün əlverişli mühit yaradılıb. Bunun nəticəsidir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ildən-ilə genişlənir. Son 10 il ərzində dövlət qeydiyyatına alınmış təşkilatların sayı 2 dəfə artaraq hazırda 3 mini ötüb. Onlardan 500-ə yaxını bilavasitə insan hüquqları və hüquq müdafiə fəaliyyəti ilə bağlıdır. Qeyri-hökumət təşkilatlarına təkcə son iki ildə 95 milyon manatdan çox vəsait ayrılıb. Təhlil göstərir ki, 2015-ci ildə qrantların təxminən 58 faizi məhz yerli donorlar tərəfindən verilib. Bu gün qeyri-hökumət təşkilatları ictimai həyatın müxtəlif sahələrində çox mühüm işlər görərək uğurlu proqram və layihələr həyata keçirirlər. Bununla da dövlətimizin və cəmiyyətimizin davamlı inkişafında onların rolu getdikcə artır.

Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç layihəni dəstəklədiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyəti institutlarının ölkənin iqtisadi, sosial, mədəni həyatında mühüm rol oynadığını diqqətə çatdırıb. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasının mühüm addım olduğunu deyən Avropa Şurası rəsmisi bunun dövlət ilə QHT-lər arasında əməkdaşlığın inkişafının bir nümunəsi olduğunu vurğulayıb. Draqana Filipoviç deyib ki, “Vətəndaş cəmiyyəti dialoqu” layihəsi Avropa Şurasının standartlarına tam cavab verən bir layihədir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard bildirib ki, bu layihə gözəl başlanğıcdır. “Açıq cəmiyyət uzunmüddətli inkişaf üçün vacibdir”, - deyən Malena Mard layihənin vətəndaş cəmiyyəti və hökumət arasında dialoqun inkişafında mühüm rol oynayacağını vurğulayıb. Onun fikrincə, layihənin həyata keçiriləcəyi iki il ərzində yaxşı təcrübəni bölüşmək üçün geniş imkanlar yaranacaq.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktorunun müavini Rauf Məcidli qeyd edib ki, ölkəmizdə ictimai həyatın bütün sahələrində QHT-lər aktiv fəaliyyət göstərir. 2007-ci ildə QHT-lərin inkişafı ilə bağlı konsepsiyanın qəbul edilməsindən sonra bu sahədə yeni dövr başlayıb. Şuranın fəaliyyəti barədə məlumat verən Rauf Məcidli bildirib ki, qurum QHT-lərə maddi dəstək verməklə yanaşı, onların məlumatlandırılmasında və metodik dəstək məsələsində də mühüm işlər görür.

Sonra layihə təqdim olunub. Müddəti 24 ay olan layihənin tərəfdaşları Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycanda fəaliyyət göstərən QHT-lərdir. Bakı şəhərində həyata keçiriləcək layihənin məqsədi vətəndaş cəmiyyəti dialoqunun təbliğinin genişləndirilməsidir. Layihə çərçivəsində QHT və hökumət qurumları nümayəndələri üçün vətəndaş cəmiyyətinin iştirakı mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulur.

Layihənin təqdimatından sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.

Bakıda “Vətəndaş cəmiyyəti dialoqu” layihəsinin təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu