İQTİSADİYYAT
Bakıda VIII Beynəlxalq Bankçılıq Forumu keçirilir
Bakı, 3 dekabr, AZƏRTAC
Bakıda VIII Beynəlxalq Bankçılıq Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, forumun mövzusu etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıqdır. Forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilir.
İkigünlük tədbir Bakıda illik əsasda keçirilən iki tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir.
Qeyd edək ki, 8 ildir forum sənaye liderləri və maraqlı tərəflərin bir araya gələrək yeni ideyalar paylaşdığı, məhsul nümayiş etdirdiyi, təcrübə mübadiləsi apardığı, maliyyə texnologiyaları, rəqəmsallaşma və ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut edib.