“Bakının baharı” adlı klassik musiqi konserti təşkil olunub











Bakı, 23 aprel, AZƏRTAC
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar “Bakının baharı” adlı klassik musiqi konserti keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, metronun “Gənclik” stansiyasının yaxınlığındakı istirahət parkında keçirilən konsertdə Mustafa Mehmandarovun rəhbəri və baş dirijoru olduğu “Archi” Kamera Orkestrinin ifasında musiqi əsərləri səsləndirilib.
Konsert zamanı səhnədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin əks olunduğu video və fotomateriallar nümayiş etdirilib, onun sevdiyi klassik musiqilər, həmçinin “Küçələrə su səpmişəm” xalq mahnısı səsləndirilib, Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Tofiq Quliyev kimi dahi Azərbaycan bəstəkarlarının unudulmaz bəstələri ilə yanaşı, dünyaşöhrətli Antonio Vivaldinin də əsərləri ifa edilib.
Tədbir Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları altında atəşfəşanlıqla başa çatıb.