İDMAN
Bakının “Lokomotiv” klubu doqquz voleybolçu ilə müqavilə imzalayıb
![Bakının “Lokomotiv” klubu doqquz voleybolçu ilə müqavilə imzalayıb](/files/2017/3/1200x630/15091102706356360787_1200x630.jpg)
Bakı, 27 oktyabr, AZƏRTAC
Bakının kişi voleybolçulardan ibarət “Lokomotiv” klubu yeni mövsüm üçün heyətini formalaşdırmağa başlayıb.
AZƏRTAC xəbər verir ki, “Çağırış kuboku” turnirində çıxış edəcək Bakı təmsilçisi baş məşqçi və 9 voleybolçu ilə müqavilə imzalayıb.
Avrokubokda debüt edəcək komandanı yeni ildə də Fərid Cəlalov meydana çıxaracaq. Onun köməkçisi Sergey Nikulenko olacaq.
Məşqçilər korpusu ilə yanaşı, Asif Əliyev, Kənan Allahverdiyev, Dmitri Baranov, Aleksey Çervyakov, Rəsul İbrahimov, İvan Kazaçkov, Dmitri Obodnikov və Pərviz Səmədovla da müqavilə birillik uzadılıb.
“Lokomotiv” yeni voleybolçu ilə də anlaşıb. Bu, 16 yaşlı blokçu Ruslan Əliyevdir.
Qeyd edək ki, Bakı təmsilçisi “Çağırış kuboku”nda Kiprin “Apoel” klubu ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [17:57]
“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib
- 02.07.2024 [15:05]
Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
- 02.07.2024 [14:36]
Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib
- 02.07.2024 [13:50]
Arif Əsədov: Türkiyə millisi əzmkarlıq hesabına Avstriyanı məğlub edə bilər
- 02.07.2024 [12:44]
“Sumqayıt” futbol klubu “Yay Futbol Düşərgəsi” layihəsinə start verib
- 02.07.2024 [12:37]