Bakıxanov qəsəbəsində yaşayış binasında baş verən yanğın söndürülüb
Bakı, 24 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğının genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 46 kvadratmetr olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10 kvadratmetr sahədə yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 4-ü uşaq olmaqla, 22 nəfər bina sakini təxliyə edilib.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [14:16]
Sosial xidmətə cəlb edilən uşaqlar üçün ekskursiya təşkil edilib
- 10.08.2026 [13:04]
Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib
- 10.08.2026 [12:56]
Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
- 10.08.2026 [12:39]
Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb
- 10.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]