Bakıya yağış, dağlıq ərazilərə isə qar yağacaq
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycanda dekabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə arabir qar yağacağı, zəif duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° şaxta, gündüz 1-6° şaxta təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə duman olacağı, gün ərzində arabir qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşama doğru havanın yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1-6° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə duman olacağı, gün ərzində arabir qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşama doğru havanın yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.