Balakəndə futbol festivalı keçirilib
Bakı, 3 iyun, AZƏRTAC
AFFA-nın təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində Balakən rayonunda futbol festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, 100-dən artıq uşağın cəlb olunduğu festivalda uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər.
Tədbirin sonunda hər bir iştirakçıya AFFA tərəfindən hədiyyələr təqdim olunub.