Balakəndə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
Bakı, 21 mart, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri keçirilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Şərif kənd sakini Şirin Süleymanov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı istixanada əkilib-becərilməsi qadağan edilən, hündürlükləri 90 santimetrdən 120 santimetrədək olan çətənə kolları aşkar edilib. Saxlanılan şəxs narkotik vasitəni yanvar ayında əkdiyini və xüsusi qulluq göstərərək yetişdirdiyini bildirib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.