BALAKƏNLİLƏR FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏNİN İLDÖNÜMÜNЬ QEYD ETMİŞLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, əlamətdar gün münasibətilə mayın 9-da Balakən şəhərində keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə Katex kəndinə gəlmiş, Böyük Vətən müharibəsi iştirakçılarının şərəfinə ucaldılan “Ana” abidə-kompleksini ziyarət edərək əklillər qoymuş, müharibədə həlak olmuş igid həmyerlilərin xatirəsini ehtiramla yad etmişlər.
“Nərmin” şadlıq sarayında keçirilən bayram şənliyində rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov çıxış edərək, müharibə veteranlarını əlamətdar gün münasibətilə səmimi təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Altı yüz mindən artıq soydaşımızın iştirak etdiyi bu müharibədə Azərbaycan xalqının ön və arxa cəbhələrdəki fədakarlığı xьsusi vurğulanmış, Qələbənin əldə edilməsində Balakənin minlərlə igid övladının da böyük şücaətlər göstərdiyi, 2315 balakənlinin isə bu amansız müharibədə qəhrəmancasına həlak olduğu bildirilmişdir. Hazırda ölkəmizdə Böyük Vətən müharibəsi veteranlarına dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Bu qayğı, habelə faşizm üzərində Qələbə gününün Azərbaycanda yenidən əlamətdar bayram kimi qeyd olunması məhz ьmummilli liderimiz Heydər Əliyevin xidmətidir.
Təbrik və çıxışlardan sonra tədbirdə iştirak edən 84 nəfər müharibə veteranına qiymətli hədiyyələr təqdim olunmuşdur. Mərasim maraqlı və rəngarəng konsert proqramı ilə başa çatmışdır.