Balaxanı poliqonunda analizlər aparılmışdır
Bakı, 18 iyul (AZƏRTAC). “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda monitorinqləri davam etdirir.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hava nümunələrinin analizi PM10 tozlarının miqdarının dəfələrlə aşağı düşdüyünü, hidrogen florid, dəm qazı və xlorid turşusu qazlarının isə yol verilən qatılıq həddində olduğunu göstərir.
“Təmiz Şəhər” ASC tərəfindən poliqona nəql edilən tullantıların Böyük Şor gölünə boşaldılmasının qarşısı alınmış, həmçinin ərazidə görülmüş ekoloji tədbirlər nəticəsində su hövzəsinə mənfi təsirlər azaldılmışdır.
Bundan əlavə, ağır metalların torpağın tərkibində tədricən azalması müşahidə olunmuşdur. Belə ki, poliqondan götürülmüş torpaq nümunələrində bütün ağır metalların miqdarının normada olduğu müəyyən edilmişdir.
Analizlər göstərir ki, Balaxanı poliqonunun ərazisində ətraf mühitə təsir edən parametrlər kəmiyyət baxımından xeyli yaxşılaşmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]