“Balaxanıneft” NQÇİ-nin mədən ərazisində bioremediasiya işləri mərhələlərlə davam etdirilir
Bakı, 24 avqust (AZƏRTAC). Cari ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi ekoloji layihələrə “Balaxanıneft” NQÇİ-nin 2-ci mədən ərazisindəki neftlə çirklənmiş 23,7 hektar torpağın rekultivasiyası və bioremediasiyası də daxildir. QSC-nin ekoloji monitorinq departamentinin apardığı monitorinq nəticəsində layihə ərazisində 125 min kubmetrdən çox müxtəlif dərəcəli çirklənmə parametrlərinə malik neft şlamı və 70 min kubmetrdən artıq mədən axıntı sularının olduğu müəyyən edilmişdir. Çirklənmə parametrlərindən asılı olaraq 98,7 min kubmetr neft şlamının bioremediasiya sahəsinə daşınaraq utilizasiya olunması nəzərdə tutulmuşdur.
QSC-dən AZƏRTAC-a verilən məlumata görə, cari ildə ərazisi təxminən 2,5 hektar olan bioremediasiya sahəsində ilkin mərhələdə neft şlamı torpaqla qarışdırılmış və şumlanmışdır. Sonra isə bioremediasiya proseslərinin növbəti mərhələsinə- sahəyə torpaq və saman yayılmasına başlanılmışdır. Bu məqsədlə əraziyə lazımı miqdarda torpaq və saman gətirilmiş, xüsusi texnikanın və işçi qüvvəsinin köməyi ilə torpaq və samanın norma həddində sahəyə yayılması həyata keçirilmişdir. Sonrakı mərhələdə layihə ərazində sahə şumlanacaq, üzvi və qeyri- üzvi gübrələrlə təmin ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]