Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balıqçılıq üçün qışda və yayda ən yaxşı 10 ölkə

Bakı, 13 dekabr, AZƏRTAC

Planetimizin böyük bir hissəsi su ilə örtülüdür. Bu, balıqçılar üçün çox gözəl və tükənməyən imkanlar yaradır. Lakin hansı ölkənin həmin məqsədlə daha əlverişli olması sualına cavab vermək kifayət qədər çətindir. Axı hər şey sizin balıqçılıqda kəmiyyətə və ya keyfiyyətə üstünlük verməyinizdən asılıdır.

AZƏRTAC basetop.ru saytına istinadla balıqçılıq üçün ən əlverişli, balığın ən çox olduğu və keyfiyyətinin daha yaxşı hesab edildiyi 10 ölkəni sizə təqdim edir.

10. Keniya

Bu ölkədə bütün ilboyu balıq tutmaq üçün münbit şərait var.

Keniya təkcə mükəmməl safari turları ilə deyil, həm də dünyanın ən ecazkar gölləri və balıqçılıq imkanları ilə şöhrət tapıb. Malindi liman şəhərinin yaxınlığındakı sularda, Keniyanın mərkəzi sahilboyu ərazisində balıqçılara bir gündə planetdə nadir rast gəlinən altı növ balıq tutmaq imkanı verilir. Onların arasında 3 növ - göy, zolaqlı, və qara marlin, yelkənli balıq, qılınc-balıq, həmçinin qısaqanadlı nizədaşıyan balıq var.

9.Panama

Bu ölkədə də bütün ilboyu balıq tutmaq mümkündür. Hərçənd, yağış mövsümündə sahilboyu ərazi yetərincə rütubətli olur.

Bu isti ölkədə çoxlu sayda balıqçı kurortları və Loc Paradayz Fişinq, Loc Sport Fişinq və s. kimi ekoloji otellər var. Onların ərazisində müxtəlif növ balıqçılıq üçün kater çeşidləri mövcuddur.

Panama sularında okeanın ən sürətli və heyrətamiz balığı olan qızıl markel üzür. Bundan başqa, tikanlı pelamida, kubera, ruster və digər növ balıqlara rast gəlinir.

Panama turistlərə xidmətin keyfiyyət göstəricilərinə görə də balıqçılar üçün ən yaxşı ölkə sayılır. Burada iri balıq növləri də çoxdur.

8. Kuba

Bu ölkədə balıqçılıq üçün ən yaxşı mövsüm apreldən sentyabradək olan dövrdür. Sentyabrda fırtınalar mövsümü başlayır ki, bu da balıqçılığı riskli idman növünə çevirə bilər.

Azadlıq adasının coğrafi mövqeyi balıqçılıq üçün idealdır: Florida və Baham adaları balıq növlərinin yayılması və tranzitinin qarşısında ekoloji baryer rolunu oynayırlar, Kuba sularındakı balıqlar həmin ərazilərə keçə bilmir. Eyni zamanda, böyük okean axınları balıqların miqrasiya marşrutları ilə birləşir ki, bu da dəniz canlılarının rəngarəngliyinə səbəb olur.

Kubanın şimal sahilində çoxlu yelkən balığı, qılınc-balıq, durna balığı və tikanlı balıq var. Ernest Heminquey vaxtilə öz vaxtını keçirdiyi və özünün ən yaxşı hobbisi ilə məşğul olduğu Kayo-Gilyermo sahilində balıqçılar üçün çox gözəl perspektiv açılır.

Yeri gəlmişkən, mayın sonunda və iyunun əvvəlində Havanadakı “Marina Heminquey” elit kompleksində Ernest Heminqueyin xatirəsinə həsr olunmuş balıqçılıq turniri keçirilir. Turnir iştirakçıları göy marlin balığının tutulması üzrə yarışda iştirak edirlər.

7.Baham adaları

Bu adalarda mart-iyun ayları balıqçılıq üçün ən əlverişli dövr sayılır. Yayın sonunda və payızın əvvəlində isə geniş vüsət alan fırtınalar sizin balıqçılıq planlarınızı poza bilər.

Baham arxipelaqının təmiz suları, minlərlə mərcan qayaları və sualtı dünyanın nəhəng biomüxtəlifliyi bu əraziləri balıqçılıq, o cümlədən sualtı səyahət üçün əlverişli məkana çevirir. Burada tunes, göy və qara marlin, dabanbalığı və s. dəniz canlılarına rast gəlmək olar.

Baham adalarında balıqçılıq üçün ən yaxşı məkan böyüklüyünə görə ikinci ada olan Böyük Abako, habelə Lonq-Aylenddir.

Bu adalarda çoxlu sayda balıqçı komaları və balıqçılara xidmət edən, onlara yerli şəraitə yaxşı bələd olan bələdçilər verən kurortlar fəaliyyət göstərir. Lakin nəzərə almaq lazımdır ki, Baham adalarında təkcə tilovla balıq tutmağa icazə verilir. Müvafiq icazəni isə, birbaşa gömrük məntəqəsində almaq olar.

6.Bermud adaları

Bu adalarda balıq tutmaq üçün ən əlverişli mövsüm iyundan avqusta qədər olan dövrdür. Həmin vaxt dənizdə böyük balıq axını olur.

Bermud adaları özünün heyrətamiz çimərlikləri ilə, qeydi-adi dayvinq, qolf oyunu, restoranları və əlbəttə ki, balıqçılıq üçün gözəl imkanları ilə tanınır.

Bermud sularında göy və ağ marlin balıqları, sarıleyləkli tunes, dəvə balığı və saysız hesabda digər balıq növləri mövcuddur.

Bu ərazilərdə balıqçılıqla məşğul olan ən yaxşı məkan Balina körfəzidir. Bu sakit çimərlik çəhrayı qumu, şəffaf suyu və günəşin qürubu mənzərəsi ilə məşhurdur.

5.Beliz

Bu ərazidə ilboyu iri balıqları tutmaq istəyirsinizsə, onda öz səyahətinizi yayın ortasından payızın sonunadək müddətə planlaşdırın. Beliz Mərkəzi Amerikada yerləşir və ən iri balıqları tutmaq həvəskarları üçün ən əlverişli ölkədir.

Deyə bilərik ki, dünyanın heç bir ölkəsində böyük tarpon, ağ tülkü balıqlarını tutmaq üçün burada olan şəraitə rast gələ bilməzsiniz.

Bu ölkə geniş dəniz sahələrini brakonyerlərdən qısqanclıqla qoruya bilən çox nadir yerlərdən biridir. Turistlər üçün yeganə problem isə, Belizə viza almaqdır. Bu vizanı Böyük Britaniya səfirliyindən verirlər və əvvəlcədən - səyahətdən bir neçə ay öncə sənədləri təqdim etmək tələb olunur.

4. Kanada

Kanadada balıqçılıq üçün ən əlverişli vaxt avqustdan oktyabrın ortalarınadək olan müddətdir.

Əgər siz kiçik balıq tutmaqla deyil, dostlarınız qarşısında böyük balıq yaxalamaqla fəxr etmək istəyirsinizsə, onda nəhəng ağ durna balığı dalınca Kanadaya getməlisiniz. Bu, “şah-balıq” iki və daha çox metr uzunluğunda olur, dünyada üç ölkənin şirin sularında üzür.

Kanadada həmçinin, Sakit okean balıqlarının nadir növləri, o cümlədən çəkisi 50 kiloqrama çatan çavıça (qızılbalıq növü) mövcuddur. Bu cür nəhəng balıqlar onun üzdüyü sularda mübarizə aparmaq hər bir həvəskar balıqçı üçün bir çağırışdır. Çavıçanı tutmaq üçün üzgüçülük vasitələrindən istifadə etməmək də olar. Sadəcə kənardan ucuna yem keçirilmiş spinninq növlü tilovu atmaq da kifayət edər. Bunun üçün daha uyğun tilov və başqa balıqçı ləvazimatı seçmək lazımdır.

3. ABŞ

Birləşmiş Ştatlarda əlverişli balıqçılıq mövsümü aprelin sonunda dekabradək olan dövrdür.

Amerikada yaxşı balıqçılıq üçün yerlər həddindən artıq çoxdur, onlardan biri məşhur Luiziana bataqlığının vətəni olan eyniadlı ştatdır. Bu əfsanəvi məkan balıq növləri ilə zəngindir. Burada qırmızı şalban balığının böyük populyasiyası mövcuddur. Sahilboyu ərazi axın vasitəsilə balıq tutmağın dünyada ən yaxşı məkanlarından biri sayılır.

ABŞ-da balıqçılıq üçün daha bir əlverişli məkan Florida ştatındakı Ki-Uest şəhəridir. Bu şəhər Dray-Tortuqas milli parkının qapısı sayılır və dünya miqyasında ən yaxşı balıq növlərinin, mavi suların, qayaların və sualtı düzənliklərin olduğu ərazidir. Bütün bu amillər dünyanın hər yerindən turistləri cəlb edir. Burada çoxlu sayda peşəkar bələdçilər və sahilboyu çarterlər, habelə dəniz məhsullarından hazırlanmış ləziz təamların təklif olunduğu restoranlar var.

2. Finlandiya

Bu ölkədə balıqçılıq üçün ən əlverişli mövsüm iyunun əvvəlində başlayır və avqustda başa çatır.

Balıqçılıq üçün ən yaxşı ölkələr reytinqində “Min göl ölkəsi” adlanan Finlandiya ikinci yeri tutur. Bu ölkənin əsrarəngiz təbiəti, şəffaf suyu, su hövzələrinin sahilində yerləşən çoxlu sayda balıqçılıq bazaları sakit şəraitdə bol balıq tutmaq istəyənlər üçün ideal bir şərait yaradır. Amma balıq tutmaq üçün yerli hakimiyyət orqanlarından lisenziya almaq lazımdır.

Əslində, Finlandiyada lisenziya almadan da balıq tutmaq olar, amma bunu yalnız kiçik bələdiyyə su hövzələrində etmək mümkündür. Bundan başqa, 18 yaşınadək və 65 yaşdan yuxarı olan şəxslər lisenziyadan azad olunurlar. Balıq tutan zaman onlar yalnız tilovdan istifadə edə bilərlər.

Xarius balığını tutmaq üçün Laplandiyadakı İnari gölündən yaxşı yer tapa bilməzsiniz. Laplandiyanın digər böyük gölləri - Porttipaxta və Kemiyarvidə iri durna balıqları daha çoxdur. Eyni zamanda, Valkeissyarvi (Qərbi Finlandiya) gölündə də zəngin balıq ehtiyatları mövcuddur. Alabalıq yolu adlanan Mərkəzi Finlandiyanın su hövzələrində əlvan alabalıq daha boldur.

1.Rusiya

Bu ölkədə ilboyu balıq tutmaq mümkündür.

Rusiya kimi bizə yaxın ölkənin olduğu təqdirdə balıqçılıq üçün çox da uzağa getmək lazım gəlmir.

“Qızılbalıq adası” milli parkı Rusiyanın ən əsas balıqçılıq məkanlarından biridir. Lakin buradakı göllərdə balıq tutmaq üçün pul ödəmək lazımdır. Amma tutacağınız böyük miqdarda karp, naqqa balıq, dabanbalığı, tinqa balığı, durnabalığı həmin pulun əvəzini qat-qat geri qaytarır.

Əgər sərt Şimal iqlimi xoşunuza gəlirsə, onda Kol yarımadasında balıq tutmağı tövsiyə edirik. Burada 20 kiloqramlıq semqa balığı tutmaq və gözəl təbiət mənzərəsindən zövq almaq olar. Rusiyalı balıqçı turistlərin digər sevimli məkanları isə Volqa çayının mənsəbi və Həştərxan vilayətidir. Burada çoxlu sayda mehmanxanalar onların ixtiyarına verilir, ən başlıcası isə durnabalığı, ağbalıq, uzunburun balıq, çəkibalığının çox zəngin ehtiyatları var.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suraxanı və Qaradağın bəzi ərailərinin qaz təchizatında fasilə olacaq

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib