CƏMİYYƏT
BAMF COP29-da iqlim böhranına qarşı QHT-lərin rolu mövzusunda konfrans təşkil edib
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu pavilyonunda Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən “İqlim böhranında QHT-lərin rolunun gücləndirilməsi: kənd təsərrüfatının davamlılığı, su idarəçiliyi və qida təhlükəsizliyinə dair əməkdaşlıq yanaşmaları” adlı panel müzakirəsi keçirilib.
BAMF-dən AZƏRTAC-a bildirilib ki, müzakirə zamanı Avropada iqlim dəyişikliklərinə qarşı mübarizədə beynəlxalq və hökumətlərarası təşkilatlarla əməkdaşlığın vacibliyi, iqlim böhranının təsirlərinə qarşı kənd təsərrüfatının dayanıqlılığının təmin olunması məsələləri, qida təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyəti, iqlim dəyişikliklərinin postmünaqişə ərazilərində kənd təsərrüfatı və ekoloji vəziyyət üzərindəki təsirləri və digər mövzularda çıxışlar dinlənilib.
Tədbirdə yerli və beynəlxalq ekspertlər, QHT-lər iştirak edib.
Panelin yekununda suallar cavablandırılıb, müzakirələr aparılıb.