BANKNOT FABRİKİ VƏ ZƏRBXANA İLƏ TANIŞLIQ
Milli geyimli qızlar dövlətimizin başçısına gül dəstəsi təqdim etdilər.
Ukrayna Milli Bankının sədri Sergey Tigipko Prezident İlham Əliyevə 1993-cü ildə tikilmiş kompleks haqqında məlumat verdi. Bildirildi ki, ümummilli liderimiz Heydər Əliyev də 1997-ci ildə Ukraynaya rəsmi səfəri zamanı burada olmuş, fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır. Burada Azərbaycan Respublikasının sifarişi ilə qızıl sikkələr də kəsilmişdir.
Prezident İlham Əliyev fəxri qonaqlar kitabına ürək sözlərini yazdı. Ukrayna Milli Bankının sədri dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Ukrayna televiziyasının birinci kanalına müsahibə verdi.
X X X
İyunun 3-də Ukraynanın Prezidenti Leonid Kuçmanın adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edildi. Dövlət başçıları qəbulda nitq söylədilər.
Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya dövlət səfəri davam edir.