Banqladeşdə COVID-19 virusuna yoluxanların sayı 315 minə yaxınlaşır
Pekin, 1 sentyabr, AZƏRTAC
Son sutka ərzində Banqladeşdə yeni növ koronavirusa (COVID-19) 1950 yoluxma və bu virus səbəbindən 35 ölüm faktı qeydə alınıb.
AZƏRTAC Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsinə istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 314 min 946 nəfərə, ölənlərin sayı isə 4316-ya çatıb.
İdarə ölkədə virusa yoluxanların 66 faizinin sağaldığını, 1,37 faizinin isə vəfat etdiyini açıqlayıb. Virusa yoluxmanı müəyyən etmək üçün 92 laboratoriyada testlər aparılır. İndiyədək ölkədə 1,56 milyon test həyata keçirilib. Səlahiyyətli qurumlar simptomları orta və yüngül olan pasiyentlərin yaşadıqları yerlərdə müalicəsini təşkil edir. Bunun üçün "qaynar xətt" və internet səhifəsi fəaliyyət göstərir.
Qeyd edək ki, Banqladeşdə COVID-19 infeksiyasına ilk yoluxma martın 8-də, ilk ölüm isə martın 18-də qeydə alınıb. Ölkədə ən çox yoluxma paytaxt Dəkkə, Çattoqram və Narayanqanc şəhərlərindədir. Hökumət yaşayış məntəqələrini yoluxma sayına görə qırmızı, sarı və yaşıl zonalara bölüb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]