Banqladeşli nazir: Yüksək qiymətlərlə enerji idxalı iqtisadiyyata və dövlət büdcəsinə ciddi təsir göstərir
Bakı, 1 iyun, AZƏRTAC
Daxili təbii qaz ehtiyatlarının məhdudluğu səbəbindən enerji istehsalında LNG idxalından istifadə olunur və bu əlavə maliyyə yükü yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Banqladeşin energetika və mineral ehtiyatlar naziri İqbal Həsən Mahmud Bakı Enerji Forumunda “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusundakı plenar müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, ölkədə mövcud təbii qaz ehtiyatları nə daxili tələbatı, nə də enerji istehsalını tam şəkildə qarşılamağa kifayət edir.
“Yüksək qiymətlərlə enerji idxalı iqtisadiyyata və dövlət büdcəsinə ciddi təsir göstərir. Bərpaolunan enerji mənbələrinin inkişafı çərçivəsində 2030-cu ilədək 10 min meqavat Günəş enerjisi gücünə nail olunması hədəflənir. Buna nail olsaq, digər enerji mənbələri üzərindəki təzyiq əhəmiyyətli dərəcədə azalacaq”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, ölkədə yeni enerji layihələri üzrə kəşfiyyat işlərinə başlanılıb və bu istiqamətdə əlavə tenderlərin keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2026 [16:41]
Beynəlxalq konfransda Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb
- 01.06.2026 [16:05]