“BARMEK” 100 NƏFƏR MƏZUNU İŞLƏ TƏMİN ETMİŞDİR
“Barmek” Elektrik Şəbəkəsinin mətbuat xidmətindən müxbirimizə bildirmişlər ki, Azərbaycan Texniki Universitetinin elektrotexnika və energetika fakültəsini bu il bitirən məzunlardan 100 nəfəri işlə təmin olunmuşdur. Onlar bir aylıq təlim kursu keçəndən sonra şirkətin rayonlarda yerləşən satış və istismar idarələrində öz ixtisasları üzrə işləyəcəklər. Şirkətin rəhbəri Hüseyn Arabul demişdir ki, “Barmek” bu xeyirxah missiyasını davam etdirmək niyyətindədir. Şirkət qarşıdakı tədris ilində Azərbaycan Dövlət Neft Akademiyasının müvafiq fakültəsini bitirəcək bir qrup məzunu da işə götürməyi planlaşdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]