“Barselona” 2,5 illik fasilədən sonra doğma stadionuna qayıdır
Bakı, 17 noyabr, AZƏRTAC
"Barselona" İspaniya La Liqasının XIII turunda "Atletik”i yenidən təmir olunmuş " Kamp Nou" stadionunda qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat klubun "X" sosial media hesabında paylaşılıb. Qarşılaşma noyabrın 22-də keçiriləcək.
Kataloniya təmsilçisi sonuncu dəfə bu arenada 2023-cü il mayın 28-də meydana çıxıb. İspaniya çempionatının XXXVII turuna təsadüf edən matçda (3:0) rəqib "Malyorka" olub.
Xatırladaq ki, "Kamp Nou" 2023-cü ilin yayında təmirə bağlanıb. “Barselona” bu mövsümün əvvəlində arena üçün əməliyyat lisenziyası ala bilmədiyi üçün ev oyunlarını "Olympik Lyuis Kompanis" stadionunda keçirib.
Kataloniyalılar 12 oyundan sonra 28 xalla turnir cədvəlində ikinci yerdədir. Komandanı lider "Real Madrid"dən cəmi 3 xal ayırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:45]
Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]