“Barselona” klubunun rəhbərliyi yanvarda beş futbolçu ilə yollarını ayırmaq niyyətindədir
Bakı, 20 dekabr, AZƏRTAC
“Barselona” klubunun rəhbərliyi baş məşqçi Xavi Ernandezin istəyini nəzərə alaraq, beş futbolçu ilə yollarını ayırmaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, klubun heyətdən göndərmək istədiyi futbolçular Felipe Koutinyo, Samuel Umtiti, Lük de Yonq, Neto və Serjinyo Destdir.
“Mundo Deportivo” nəşrinin yaydığı məlumata görə, klubun bu futbolçularla yolları ayırmasının bir səbəbi də Kataloniya təmsilçisinin maliyyə durumunun yaxşı olmamasıdır. “Barselona” bu planını qış transfer pəncərəsində həyata keçirəcək.