Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş katib: Azərbaycan Orta Dəhlizdə əsas dövlətlərdən biridir - MÜSAHİBƏ

Baş katib: Azərbaycan Orta Dəhlizdə əsas dövlətlərdən biridir -  MÜSAHİBƏ

Bakı, 8 avqust, AZƏRTAC

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) regional geosiyasi balanslaşdırma strategiyalarını müəyyən edir. Orta Dəhliz Avrasiya regionunda bir çox dövlətlər üçün mühüm tranzit marşrutudur. O, Çin və Avropa İttifaqının (Aİ) konteyner dəmir yolu yük şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa vasitəsilə birləşdirir. Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artmasına töhfə verir. Bu dəhlizlə hərəkət edən blok qatarı Çindən Avropaya yükləri orta hesabla 20-25 günə çatdırır və bu, nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Jurnalist T.Məmmədova AZƏRTAC üçün Orta Dəhlizin inkişaf perspektivləri və əsas layihələri ilə bağlı “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikərimov ilə müsahibə hazırlayıb. Müsahibəni təqdim edirik.

- Orta Dəhliz Şərqdən Qərbə yüklərin daşınmasında mühüm marşrutlardan biridir. Bu marşrut çərçivəsində əməkdaşlığın inkişaf perspektivlərini necə qiymətləndirərdiniz?

- Hazırda Mərkəzi Asiya ölkələri və Qafqaz ölkələri üçün Orta Dəhliz böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan “dənizə çıxışı olmayan ölkələr” statusuna malikdir. Gürcüstan vasitəsilə aparılan tranzit Azərbaycana kömək edir, lakin Mərkəzi Asiya ölkələri üçün bu amil əlavə problemlər yaradır. Bütün bu amillər bu marşrutun inkişafında öz izini qoyur. Və bu gün biz həqiqətən də bu marşrutun inkişaf etdirilməsinə ehtiyac olduğunu görürük. Marşrut çox unikal, tamamilə multimodaldır. Orta Dəhlizi daim böyüyən və inkişaf edən canlı orqanizm hesab etmək olar ki, bu da bu beynəlxalq nəqliyyat marşrutunun uğurundan xəbər verir.

- Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Orta Dəhliz hansı imkanları təmin edir?

- Mərkəzi Asiya ölkələrinin istehsal etdiyi və ya istehlak etdiyi malların ixrac və idxal imkanları çox böyükdür. CAREC Proqramı çərçivəsində Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan vasitəsilə Çindən Avropaya nəqliyyat və tranzit marşrutlarını şaxələndirmək imkanı yaranır. Marşrutların şaxələndirilməsi ilə yanaşı, Orta Dəhliz Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan üçün də öz məhsullarını ixrac edə biləcək bir kanal kimi vacibdir. Dəhlizin ötürmə qabiliyyəti hazırda ildə təxminən 80 min konteyner təşkil edir, lakin ötürmə qabiliyyətini 111 min konteynerə, gələcəkdə isə 300 min TEU-ya çatdırmaq imkanı var.

- Hazırda Orta Dəhlizin yüklənməsi nə qədərdir?

- Bu ilin birinci yarısının yekunlarına görə, dəhlizimiz təxminən 50 faiz yüklənib, yük axını hələ tam dolmayıb və ehtiyatlar var. Biz bunun üzərində işləyirik və infrastrukturu yaxşılaşdırırıq. Gələcəkdə yeni çağırışlarla üzləşmək üçün nəqliyyat dəhlizinin imkanlarının təkmilləşdirilməsi istiqamətində birgə işi gücləndirmək lazımdır. Bizim marşrutumuz unikaldır, çünki biz iki nəqliyyat hüququnu birləşdirmişik - dəmir yolu və dəniz. Bizim digər marşrutlardan fərqimiz həm də ondan ibarətdir ki, Türkiyə, Şimali Afrika ölkələri və Avropa ölkələrinə yaxınıq.

- Marşrutdakı darboğazları aradan qaldırmağın yolları hansılardır?

- Marşrutu təkmilləşdirmək üçün həm “sərt”, həm də “yumşaq” infrastruktura investisiya qoymaq lazımdır. Rəqəmsallaşma və tərəflər arasında təkmilləşdirilmiş kommunikasiya kimi “yumşaq” infrastruktura, eləcə də dəmir yolları, limanlar və terminallar kimi “sərt” infrastruktura investisiyalar 2027-ci ilə qədər Orta Dəhliz potensialının maksimum dərəcədə artırılması məqsədlərinə nail olmağa kömək edə bilər.

- Orta Dəhlizin inkişafı üçün əsas ilkin şərtlər hansılardır?

- Bu dəhlizin inkişafı çərçivəsində biz müəyyən konsepsiya qurmuşuq. Hazırda biz bu konsepsiyanı həyata keçirmək istəyirik. Konsepsiya 5C adlanır. Bura yüksək sürət, maya dəyəri (sabit qiymətlər), yaxşı xidmət, ətraf mühitin mühafizəsi, dəhliz boyu yüklərin təhlükəsizliyi və sabitlik daxildir. Bunlar bizim yaxın gələcəkdə həyata keçirmək istədiyimiz planlarımızdır.

- Yaxın gələcəkdə layihə ilə bağlı hansı planlar var?

- Digər proseslərlə yanaşı, biz Orta Dəhlizi də rəqəmsallaşdırmaq istəyirik. Artıq bu istiqamətdə işlərə başlanılıb. Vahid yükdaşıma platformasının yaradılmasında yaxşı irəliləyiş əldə etdik. Sinqapurun “Global DTC” şirkətinin iştirakı ilə biz universal platforma yaratmışıq və hazırda sınaqdan keçirilir. İdeya ondan ibarətdir ki, yükgöndərənlər müştərilərimizə təklif etdiyimiz logistika məhsullarını izləyə bilərlər. Bu həll Orta Dəhliz iştirakçıları arasında əlaqəni sadələşdirəcək və onun daşınması zamanı yüklərə çıxış imkanı verəcək. Layihə hazırda son mərhələdədir. Platformanın 2024-cü ilin sonuna kimi tam istifadəyə verilməsi gözlənilir. Bütün işlər başa çatdıqdan sonra Orta Dəhlizdə yük dövriyyəsi ildə 6 milyon tondan 10 milyon tona yüksələcək.

- Hazırda Azərbaycan və Gürcüstan potensial birgə sərhəd-keçid məntəqələrinin yaradılması üzərində işləyirlər. Bu, dəhlizin tutumuna necə təsir edəcək?

- Bu addım mütləq müsbət təsir göstərəcək, çünki biz müxtəlif sərhəd məntəqələrini keçərkən müəyyən çətinliklərlə üzləşirik. Qazaxıstan, Azərbaycan və Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsini əvvəldən dəstəkləyən və dəhlizin formalaşdığı ilk günlərdən onun işində iştirak edən ölkələrdir. Dəhliz iştirakçıları Poti limanında bir neçə şəxsi terminal tikirlər ki, onların da məqsədi nəqliyyat proseslərini optimallaşdırmaqdır. Hazırda Batumi limanı yüklərin həcminin artırılması istiqamətində yaxşı inkişaf edir və yüklərin böyük hissəsi bu limandan keçir.

- Azərbaycan Orta Dəhlizin inkişafına necə töhfə verə bilər?

- Prezident İlham Əliyev ölkənin tranzit-nəqliyyat potensialının inkişafına xüsusi diqqət yetirir. Onun rəhbərliyi ilə Azərbaycan Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanını tikib, Bakı-Tbilisi-Qars dəmir yolunu inşa edib, bütün beynəlxalq istiqamətlərdə nəqliyyat infrastrukturunu yeniləyib. Respublika Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. Biz rəsmi Bakının dəstəyini həqiqətən hiss edirik. Azərbaycan regionun tamhüquqlu tranzit mərkəzinə çevrilir. Azərbaycan Orta Dəhlizdə əsas dövlətlərdən biridir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycanın qarşısına qoyduğu iqtisadi məqsədlərə nail olmağa xidmət edir. Azərbaycanda həyata keçirilən həmin infrastruktur layihələrindən fəal şəkildə istifadə olunacaq.

- Zəngəzur dəhlizinin işə düşməsi Orta Dəhlizin keçid qabiliyyətinə necə təsir edə bilər?

- Zəngəzur dəhlizi işə düşən kimi biz onu Orta Dəhlizimizə daxil etməyə və onun üstünlüklərindən yararlanmağa çalışacağıq. Biz yükdaşıma müddəti baxımından qalib gələ bilərik. Düzdür, məsələ hələ ki, siyasi yolla həllini tapmayıb, amma gec-tez bütün bunlar gerçəkləşəcək. Biz onun üstünlüklərindən yük axınlarını birləşdirmək üçün istifadə edəcəyik. Çünki yükdaşımaları zamanla artacaq və biz müxtəlif yollarla işləyəcəyik.

- Qırğızıstana gəlincə, o, Orta Dəhlizin inkişafına hansı töhfə verə bilər?

- Qırğızıstan da bizə maraqlı olan ölkələrdən biridir. Biz də Qırğızıstana maraq göstəririk. Biz birtərəfli qaydada Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə daşımalara şərait yaratdıq. Biz gözləyirik ki, Qırğızıstan tərəfi bizim dəhlizimiz boyu öz həcmlərini artıracaq.

- Assosiasiya yükdaşımalarda hansı maneələrlə üzləşir?

- 2022-ci ildə dünyada mövcud geosiyasi vəziyyətlə əlaqədar Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmində kəskin artım müşahidə olundu. Bu, infrastruktur tıxaclarına, dəmir yolu hissələrində və marşrut boyunca dəniz limanlarında ləngimələrə səbəb oldu. İnfrastruktur məhdudiyyətlərini aradan qaldırmaq və marşrutun potensialını açmaq üçün Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə “Böyük maneələrin sinxron aradan qaldırılması və inkişafı üzrə 2022-2027-ci illər üçün TITR marşrutunun Yol Xəritəsi” təsdiqləyib. O, marşrutun hər bir hissəsində infrastruktur məhdudiyyətlərinin aradan qaldırılmasına, keçid və daşıma qabiliyyətinin artırılmasına yönəlmiş tədbirlər kompleksini nəzərdə tutur. Regionda istənilən geosiyasi gərginlik bu və ya digər şəkildə bütün nəqliyyat dəhlizlərinə təsir göstərir. Biz onun üzvləri ilə assosiasiyada vahid şəffaf tarif şərtlərindən istifadə etməklə marşrutda yüksək keyfiyyətli xidmət yaratmağa çalışırıq.

- Orta Dəhlizin inkişafı türk dövlətləri üçün nə dərəcədə vacibdir və onlar bu istiqamətdə hansı tədbirlər həyata keçirirlər?

- Azərbaycan və Qazaxıstanın Orta Dəhlizin inkişafına verdiyi töhfə ölkələrin beynəlxalq logistika və iqtisadi əməkdaşlığı təkmilləşdirmək istəyini vurğulayır. Hazırda Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə Orta Dəhlizi fəal şəkildə təşviq edirlər ki, bu da onun gələcək inkişafına mühüm təkan yaradır. Bundan əlavə, Qazaxıstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq, xüsusən də nəqliyyat və logistika sektorunda, hazırda yüksək səviyyədədir. Mövcud razılaşmaları praktiki şəkildə ən yüksək səviyyədə həyata keçirməklə bu səviyyəni qoruyub saxlamalıyıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib