Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş nazir Əli Əsədov: Azərbaycanın suveren ərazisi müzakirə mövzusu deyil

Bakı, 28 oktyabr, AZƏRTAC

MDB Hökumət Başçıları Şurasının Astanada keçirilən iclasında Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan çıxışında Azərbaycanın ünvanına bir sıra əsassız ittihamlar səsləndirib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bütün çıxışlardan sonra söz alaraq Ermənistanın baş nazirinin müavininin ittihamlarına cavab verib. Azərbaycanın 44 günlük müharibədə Qələbədən sonra Qarabağ münaqişəsinin başa çatdığını elan etdiyini bildirən Baş nazir deyib: “Azərbaycan işğal olunmuş ərazilərini özü azad edib və qonşu dövlətlə sülh sazişi imzalamağa hazırdır. Azərbaycanın irəli sürdüyü beş prinsip Ermənistan tərəfindən əsasən dəstəklənmişdi. Biz bu mövqedən çıxış edərək bu gün gündəlikdəki məsələlər barədə konstruktiv ruhda danışmağa çalışmışıq. Lakin Ermənistanın baş nazirinin müavini tərəfindən burada ölkəm barədə faktların qərəzli və kobud şəkildə təhrif olunması məni çıxış üçün bir daha söz almağa məcbur etdi.

Fəlsəfədə əxlaq deyilən bir anlayış var. Əxlaq həm insani, həm də dövlətlərarası münasibətlərə aiddir. Qonşu dövlətin ərazisini 30 il ərzində işğal altında saxlamış, keçmiş Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan yeddi rayonu işğal etmiş, silahlı qüvvələri suveren qonşu dövlətin ərazisində daşı daş üstündə qoymamış, dağıdıla biləcək nə varsa hamısını - şəhərləri, kəndləri, bütün canlı və cansız varlıqları, ekologiyanı, əxlaqi, mənəvi dəyərləri məhv etmiş ölkə bu gün guya bizim Silahlı Qüvvələrimiz tərəfindən Ermənistanın ərazi bütövlüyünü pozan hansısa məqamlardan danışır”.

MDB Hökumət Başçıları Şurası üzvlərinin diqqətinə çatdırılıb ki, bütün bu 30 il ərzində Ermənistanın siyasi isteblişmenti BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və digər beynəlxalq təşkilatların sənədlərinə məhəl qoymadan suverenlik, sərhədlər, işğal anlayışlarını xatırlamayıb.

Əli Əsədov daha sonra qeyd edib: “Bu proses dünən başlamayıb. Siz hamınız bunu bilirsiniz. Düşünürdük ki, münaqişə başa çatıb və biz dinc əməkdaşlığa hazırıq. Mən öz çıxışımda bununla əlaqədar dedim ki, biz Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin 2020-ci və 2021-ci illərdə imzaladıqları üçtərəfli bəyanatlara tərəfdarıq. Təəssüf ki, Ermənistan rəhbərliyinin mövqeyi bizim üçün anlaşılmazdır. Prinsip etibarilə bu, onların işidir. Baş nazir bir söz deyir, onun müavini isə tamam başqa söz. Bu, Ermənistanın daxili siyasi mövqeyidir, bu, onların işidir. Lakin biz nəyəsə hədəflənməliyik”.

Baş nazir iclas iştirakçılarını Ermənistan silahlı qüvvələrinin bu ilin sentyabr ayında törətdiyi təxribatlar barədə məlumatlandıraraq deyib: “Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Kəlbəcər və Laçın rayonlarını atəşə tutublar. Bunlar Ermənistanın çıxdığı rayonlardır. Lakin belə bir məsəl var: “Gedirsən, get”. Onlar Azərbaycanın digər əsas hissəsini - Daşkəsən və Zəngilan rayonlarını da atəşə tutublar. Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı. Nəticədə Azərbaycanın 71 hərbi qulluqçusu həlak oldu. Bizdə olan məlumata və Ermənistan mətbuatının yazdığına görə, erməni tərəfinin itkiləri təqribən 450 hərbi qulluqçudan ibarət olub.

Mən Ermənistan nümayəndəsinin də iştirakı ilə bir neçə dəfə demişəm ki, hər bir dövlət üçün qırmızı xətlər var. Azərbaycan Ermənistanla dinc əməkdaşlığa, sülh sazişi bağlamağa hazırdır. Lakin biz öz torpağımızın bir qarışını da verməyəcəyik”.

Baş nazir Əli Əsədov deyib: “Sərhədlərin delimitasiyası üzrə komissiyanın Ermənistan tərəfindən olan rəhbəri bu gün deyir ki, bu proseslər getmir. Azərbaycan birinci gündən bu prosesdə iştirak edir. Ermənistan bu prosesi bir neçə dəfə pozub. Biz bu prosesi davam etdirməyə hazırıq. Azərbaycanın suveren ərazisi müzakirə mövzusu deyil. Qarabağ Azərbaycandır! Demişik ki, Azərbaycan ərazisində heç bir Dağlıq Qarabağ mövcud deyil. Qarabağ iqtisadi rayonu və Azərbaycanın erməni mənşəli vətəndaşları var. Əgər onlar Azərbaycan vətəndaşlığını tanıyarlarsa, bizim Prezident İlham Əliyevin dediyi kimi, əgər onlar Azərbaycan qanunlarına tabe olsalar, Azərbaycanın başqa millətlərdən olan bütün vətəndaşları kimi, onların da bütün hüquqları təmin ediləcək”.

Baş nazir 2020-ci il 9/10 noyabr tarixli üçtərəfli Bəyanatı xatırladaraq qeyd edib ki, həmin sənədin bir bəndində nəqliyyat kommunikasiyalarının açılması nəzərdə tutulur: “Həmin Bəyanata görə, Azərbaycan öz üzərinə öhdəlik götürüb ki, Laçın yolu fəaliyyət göstərəcək və Azərbaycan onun təhlükəsizliyinə zəmanət verir. Biz bütün öhdəliklərimizi yerinə yetiririk. Laçın yolu bu gün işləyir, dəhliz işləyir. Eyni zamanda, bizim Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına getmək imkanımız yoxdur. Nəinki imkan yoxdur, hətta biz Ermənistan ərazisində bu istiqamətdə hər hansı işlərin aparıldığını görmürük. Ermənistanın baş nazirinin müavini həm də nəqliyyatın bərpası üzrə üçtərəfli qrupun həmsədridir. Orada 40-44 kilometr uzunluğunda kiçik bir sahə var. Ermənistan bir il doqquz ay ərzində istər dəmir yolu, istərsə də avtomobil yolu üzrə heç bir real tədbir görməyib”.

Baş nazir Ermənistan tərəfinin Azərbaycanı müharibə cinayətlərində kobud və əsassız şəkildə ittiham etməsinə də cavab verərək bildirib: “Bir daha deməliyəm ki, əxlaq deyilən bir anlayış var. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu videoyazıların həqiqiliyini, habelə bu kadrların videoya çəkildiyi yerləri, bu videoyazılarda təsvir edilən hərbi qulluqçuların şəxsiyyətlərini, həmçinin obyektiv həqiqətin müəyyən edilməsi üçün vacib olan bütün başqa detalları tam, hərtərəfli təhqiq edəcək. Təhqiqatın nəticələrinə əsasən qanun çərçivəsində müvafiq tədbirlər görüləcək. Ermənistandan fərqli olaraq, Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatların gedişində törədilmiş müharibə cinayətləri ilə bağlı iddialar müvafiq dövlət orqanları tərəfindən təhqiq edilir”.

İclas iştirakçılarının diqqəti Birinci Qarabağ müharibəsinin gedişində Ermənistanın törətdiyi cinayətlərə də cəlb edilib. Vurğulanıb ki, Birinci Qarabağ müharibəsində erməni hərbi qulluqçular təkcə azərbaycanlı hərbi qulluqçulara deyil, dinc sakinlərə də misli görünməmiş divan tutublar. 1992-ci il fevralın 26-na keçən gecə Xocalıda 613 dinc sakin vəhşicəsinə qətlə yetirilib. Dörd minə yaxın azərbaycanlının taleyi barədə bu günə qədər heç bir məlumat təqdim edilməyib. İşğaldan sonra biz həm hərbi qulluqçuların, həm də dinc əhalinin kütləvi məzarlıqlarını aşkar edirik.

Əli Əsədov bir daha bəyan edib ki, Azərbaycan özünün bütün öhdəliklərini yerinə yetirib, yerinə yetirir və yerinə yetirəcək.

Ermənistanın baş nazirinin müavini M.Qriqoryan deyib ki, Ermənistan heç bir prosesi pozmur. Qeyd edilib ki, Ermənistan erməni tərəfinin təqdim etdiyi bütün faktlara adekvat qiymət almaq istəyir.

İclasın yekunlarına əsasən, bir sıra sənədlər imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib