Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş travmatoloq: İdman növünü seçərkən müayinədən keçmək vacibdir

Baş travmatoloq: İdman növünü seçərkən müayinədən keçmək vacibdir

Bakı, 5 iyul, AZƏRTAC

Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov idmanla məşğul olmağın səbəbləri, onun növlərinin seçilməsi, mümkün zədələr, bu zədələrdən qorunma yolları barədə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

- Bildiyiniz kimi, qısa zaman öncə idman zalları yenidən fəaliyyətə başladı. Gənclər və ya idmansevərlər bəzən idman zallarında sağlamlıqlarını möhkəmləndirmək və ya görünüşlərini inkişaf etdirmək istəyərkən qalıcı sağlamlıq problemləri ilə, xüsusən idman zədələri ilə qarşılaşırlar. İstərdik mövzu ətrafında sizdən məsləhətlər alaq. İdmanla məşğul olmaq üçün bədənin bioloji yaşı önəmlidirmi?

-Olduğumuz yaş, idman edə bilmək və idmandan faydalanmaq üçün çox vacibdir. Yaşımıza uyğun idmanla məşğul olmadığımız təqdirdə, idman zədələrinə məruzqalma və sağlamlıq baxımından narahat olma riskimiz çox yüksəkdir. Mühüm bir qayda təkcə idmanla məşğul olmaq deyil, bunu düzgün etməkdir. İdman edərkən nəzərə alınması lazım olan amilləri bilsək, idmanın faydasını fiziki və zehni olaraq daha çox hiss edərik.

Gənclər idmana daha çox forma almaq üçün müraciət edirlər. Əsasda fitnes zalları, “bodybulding” məşqləri gənclərin ən çox müraciət etdikləri sahədir. Bəzən idman zallarında yetkinlik yaşına çatmayan uşaqlar görürük. Bu, doğru deyil. Boy zonaları, qığırdaq zonaları böyüyür və onlara vətərlər, tendonlar birləşir. Bu səbəbdən yeniyetməni yükləmək doğru deyil. Məsləhətim əzələ və sümük inkişafının tamamlayana qədər ağırlıqsız, kardioməşqlərin seçilməsidir. 40 yaşdan sonra ümumiyyətlə sosial mühitlərdə ediləcək üzgüçülük, tennis, golf, velosipedsürmə, qaçış, gəzinti kimi idman növləri seçilməlidir. İnsan orqanizmi yaşlandıqca maddələr mübadiləsi zəifləyir, yanaşı sağlamlıq problemləri artır və eyni zamanda, sümüklərdə elastiklik azalır. Bu da öz növbəsində diqqət edilməzsə, ciddi zədələrə gətirib çıxarda bilir. Məhz bunun nəticəsidir ki, professional idman sahələrində də idmançıların fəaliyyəti çox zaman 40 yaşına belə çatmır.

-Zədələrin səbəbləri nədir?

-İdman zədələnmələrinin meydana gəlməsinə səbəb olan amillər iki başlıq altında qruplaşdırıla bilər. Bunlar endogen (fərdi) və ekzogen (ətraf mühit) amillərdir. Şəxsi faktorlar: fiziki çatışmazlıqlar (əzələ zəifliyi, oynaqların məhdudlaşması, qeyri-kafi elastiklik), yorğunluq və həddindən artıq yüklənmə, anatomik problemlər, psixoloji amillər (risk qəbulu, həddindən artıq istək), əvvəllər müalicə olunmamış zədələr, əzələ sərtliyi, yaş, cinsiyyət. Ətraf mühit faktorları: yanlış idman texnikası, qeyri-kafi məşq, pis materiallardan istifadə, ətraf mühit (hava şəraiti), torpaq, qaydalara tabe olmamaq.

-İdman zədələrinin qarşısının alınması üçün ümumi qaydalar hansılardır?

-Hər şeydən əvvəl, ediləcək ilk şey idmançıların nizamlı/periodik sağlamlıq müayinələridir. Bu zaman əksikliklər müəyyən edilir və həkimin tövsiyəsi çərçivəsində həmin çatışmazlıqları aradan qaldırmaq üçün lazımi tədbirlər həyata keçirilir. Bu nöqtədə təyin olunan çatışmazlıqlar həm fizioloji parametrlər, həm fiziki hazırlıq, həm də birbaşa sağlamlıqla əlaqəli çatışmazlıqlardır.

Bu mövzu, doğrudan da, çox önəmlidir. Bu məsələyə toxunmazdan öncə, fitnes məşqçilərinin də fikrini araşdırdıq. Digər ölkə təcrübələrinə nəzər salan məşqçilərin sözlərinə görə, ölkəmizdə 70-80 faiz kişilər, 40-50 faiz xanımlarda fitnes məşqləri zamanı ciddi zədələr yaranır. Bunun əsas səbəbi məşqdən öncə isinmə hərəkətlərinin edilməməsi və çox təəssüf ki, nəzarətçi məşqçilərinin də bunu tələb etməməsi ilə əlaqədardir.

- Siz bu haqda nə düşünürsünüz?

-Tamamilə razıyam. İdman zədələnmələrinin meydana gəlməsində ən vacib amillərdən biri isinmə hərəkətlərinin edilməməsidir. Bu səbəbdən isinmə hərəkətləri və xüsusilə də uzanan məşqlərə böyük əhəmiyyət verilməlidir. Burada fiziki fəaliyyətdən sonra əzələnin soyuması da vacibdir. Hər bir fəaliyyətdən sonra mütləq əzələyə dincəlmə zamanı verilməlidir. Bu, həm əzələ yorğunluğunun qarşısını alacaq, həm də düzgün inkişafına səbəb olacaq.

-Əzələ yorğunluğu nədir?

-İdman zamanı meydana gələn tullantı məhsullarının (süd turşusu və s.) yığılması və enerji ehtiyatlarının zəifləməsi ilə ortaya çıxan bir vəziyyətdir. Yorğunluğa səbəb olan əsas amil məşq müddəti və intensivliyidir. Məşqlər bədənə uyğun aktivlikdə seçilməlidir. Ən önəmlisi də bədəni susuzlaşdırmadan, əzələlərə düzgün istirahət verməkdir. İdman bədəni yormadan həftənin ən azı 3 günü edilməlidir. Əks təqdirdə, əzələlər hazır olmadığı üçün idman zədələri və hətta ürək problemləri yarana bilər. Əzələ inkişafı zaman tələb edən prosesdir. Əlbəttə, bu müddətdə doğru qidalanmaq çox önəmlidir. Tövsiyəm səbirli olmaq və bədəni yükləmədən məşq etməkdir.

-Doktor, hər kəs istədiyi idmanla məşğul ola bilərmi?

-İdman növünü seçərkən sağlamlıq müayinəsindən keçmək və idmana mane olan bir xəstəlik olub olmadığını yoxlamaq vacibdir. Hər kəs istədiyi idman sahəsi ilə məşğul ola bilməz. İdman edərkən nəzərə alınacaq şərtlər: yaş, bədən quruluşu və sağlamlıq problemlərimizin həkim idman növünə uyğunluğudur. Həmçinin bir neçə məsləhət: - İdmanla məşğul olsanız siqaret çəkməyin. Siqaret çəkmək tənəffüs sisteminə və ürəyə mənfi təsir göstərir, əzələlərin və əzələ tendonlarının dözümlülüyünü məhv edir, inanılmaz dərəcədə ağrılı qırılmalara səbəb olur.

Düzgün ayaqqabı və paltar seçmək vacibdir, əsas da ağırlıq qaldırılma zamanı. Bilirik ki, ayaq üstə oturan ayaqqabılar sümük böyüməsinin və sinir sıxılmasının qarşısını alır. Paltar seçərkən pambıq olduğundan əmin olun. İdmandan sonra tərləyərkən paltarın tər qəbul etməməsi ifliclə də nəticələnə bilər. Etdiyiniz idman növünə görə, başlıq, qoruyucu diz yastıqları və dirsək yastıqları kimi materiallardan istifadə edin. Məsələn, velosiped sürərkən. Açıq yerlərdə idman edərkən həmişə günəş eynəyi və şapkadan istifadə edin, həmçinin idmanla məşğul olacağınız saatları havanın istiliyinə uyğun tənzimləyin.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib