Basketbol üzrə məktəblilərin respublika birinciliyinin zona turnirinin final mərhələsi keçirilib
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan Basketbol Federasiyasının təşəbbüsü ilə basketbol üzrə oğlanlar və qızlar arasında məktəblilərin respublika birinciliyinin zona turnirinin final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, həlledici mərhələdə 12 oğlan və 12 qız komandaları mübarizə aparıblar. Yekun nəticələrə görə, oğlanlar arasında Bakı şəhər Nərimanov rayonu 82 saylı məktəbin komandası birinci yeri tutub. Qızların yarışında isə Şəki rayonu Şorsu kənd məktəbinin basketbolçuları qalib adını qazanıblar.