Bayıl yamacında tədqiqat işləri davam etdirilir
Bakı, 1 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları paytaxtın Səbail rayonundakı Bayıl yamacında baş verən sürüşmə ilə bağlı başladıqları seysmoloji və geofiziki tədqiqatları davam etdirirlər.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, sürüşmə zonasında gedən prosesləri izləmək üçün burada seysmoloji stansiyalar quraşdırılmışdır. Stansiyalar vasitəsilə yerin 50 metr dərinliyinədək baş verən bütün proseslər müşahidə edilməkdədir.
Ərazidə, həmçinin RSXM-in əməkdaşları tərəfindən qravimetrik tədqiqat işləri aparılır.
İşlər başa çatdırıldıqdan sonra Bayıl yamacındakı sürüşmə və onun səbəbləri ilə bağlı hesabat hazırlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]