Baytar mütəxəssisləri üçün təlim keçirilib
Bakı, 9 fevral, AZƏRTAC
Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi, laboratoriya əməkdaşlarının peşəkarlıqlarının artırılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, Türkiyənin baytar mütəxəssisləri balıq məhsullarının baytarlıq-sanitariya tələblərinə uyğun olaraq yetişdirilməsi, nümunələrin götürülməsi və laboratoriyalarda analiz olunması, xəstəliklərə görə risk analizlərinin aparılması sahəsində növbəti təlim keçiblər.
Təlimdə ölkəmizin baytar mütəxəssislərinə su heyvanlarının virusoloji, bakterioloji, parazitoloji və patoloji xəstəlikləri, idxal-ixrac prosedurları zamanı nümunələrin götürülməsi, laborator müayinələrin aparılması mövzularında ətraflı məlumat verilib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]