BDU-nun Filologiya fakültəsində “İçimizdəki iki cəbhə: hiss və ağıl” mövzusunda müzakirə aparılıb
Bakı, 27 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Könüllülər Təşkilatı tərəfindən “İçimizdəki iki cəbhə: hiss və ağıl” mövzusunda tədbir təşkil olunub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə insanın daxili aləmində iki cəbhədə baş verən mübarizədən - ağıl və hisslərin mübarizəsindən söz açılıb, bu barədə müxtəlif filosof-alimlərin fikirləri səsləndirilib.
Sonra iştirakçılar mövzu ilə bağlı müzakirələr aparıb, öz münasibətlərini ifadə ediblər.