BDU-nun Şərqşünaslıq fakültəsi ərəb ədəbiyyatına həsr olunmuş tədbir keçirib
Bakı, 13 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin “Qiraət” kitab klubu Bakı Kitab Mərkəzində orta əsr ərəb ədəbiyyatına həsr olunmuş tədbir keçirib. Tədbirdə müəllim və tələbələr iştirak ediblər.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, III kurs tələbələri Şəfəq Ağalarlı Əbul 'Alə Əl-Mə'arrinin “Risələt əl-Ğufran”, Gülbəs Həsənova Bədi əz-Zaman Həmədaninin “Mosul məqaməsi”, Nəcimə Eldarova İbn Həzmin “Göyərçin boyunbağısı” əsərləri barədə geniş məlumat veriblər.
Sonra geniş fikir mübadiləsi aparılıb.
Tələbələrə Bakı Kitab Mərkəzi tərəfindən kitablar hədiyyə olunub.