BDU “QS Europe” və “QS Western Asia” reytinqlərində
Bakı, 20 sentyabr, AZƏRTAC
“QS Quacquarelli Symonds” təşkilatı tərəfindən tərtib olunan “QS Europe” reytinqi üzrə Avropada yerləşən 42 ölkədən 690 ali təhsil müəssisəsinin nəticələri açıqlanıb. Bakı Dövlət Universiteti (BDU) fakültə-tələbə (faculty-student ration) nisbətinə görə Avropa üzrə 90-cı, Azərbaycan üzrə isə 1-ci yerdə qərarlaşıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Beynəlxalq tədqiqat şəbəkəsi (International Research Network) indikatoru üzrə BDU Azərbaycan ali təhsil müəssisələri arasında 1-ci olaraq müəyyənləşib.
Bununla yanaşı, BDU akademik reputasiya (academic reputation) və fakültə üzrə elmi məqalə nisbətinə (paper per faculty) görə ölkə üzrə 2-ci yerdə qərarlaşıb. “QS Quacquarelli Symonds” təşkilatı tərəfindən tərtib olunan digər “QS Western Asia” reytinqi üzrə isə BDU 19-cu yerdə müəyyənləşib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:20]
Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib
- 01.10.2026 [11:54]
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək
- 01.10.2026 [11:51]
“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr
- 01.10.2026 [11:39]