BDYPİ “1 sual – 1 cavab” adlı yeni rubrikaya start verir
Bakı, 5 avqust, AZƏRTAC
Yol hərəkəti təhlükəsizliyi ilə bağlı ictimai maarifləndirmə tədbirləri çərçivəsində Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bu gündən etibarən “1 sual – 1 cavab” adlı yeni rubrikaya başlayır.
BDYPİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rubrikanın əsas məqsədi vətəndaşların yol hərəkəti ilə bağlı gündəlik həyatlarında qarşılaşdıqları suallara aydınlıq gətirmək, mövcud qaydaları daha əlçatan və başa düşülən formada izah etməkdir.
Sosial şəbəkələr üzərindən ünvanlanan çoxsaylı suallar ümumiləşdirilərək rubrika çərçivəsində mütəmadi şəkildə cavablandırılacaq.
BDYPİ bütün hərəkət iştirakçılarını bu rubrikanı izləməyə və yol hərəkəti ilə bağlı suallarını ünvanlamağa dəvət edir.
“Unutmayın ki, qaydaları bilmək həyatınızı qorumaq deməkdir!”, - deyə məlumatda bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]
Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib
- 29.09.2026 [12:04]
Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb
- 29.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]