BƏDİİ GİMNASTİKA ÜZRƏ NÖVBƏTİ DÜNYA ÇEMPİONATI BAKIDA KEÇİRİLƏCƏK
Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin rəhbəri Şahin Kazımzadə Budapeştdən AZƏRTAC-a bildirmişdir ki, sentyabrın 27-də çoxnövçülük üzrə şəxsi birincilik keçiriləcəkdir. Yarışların 30 iştirakçısı arasında Dinara Gimatova da var. Sentyabrın 28-də, çempionatın yekun günü isə gimnastlar qrup halında hərəkətləri ifa edəcəklər.
Sentyabrın 26-da nümayəndə heyətimiz Budapeştin “Sportpalas” mehmanxanasında “Azərbaycan saatı” tədbiri keçirmişdir. Tədbirdə 2005-ci ildə Bakıda keçiriləcək növbəti dünya çempionatının təqdimatı olmuş, Respublika Gimnastika Federasiyasının birinci vitse-prezidenti Altay Həsənov, “Macarıstan-Azərbaycan” cəmiyyətinin prezidenti, professor Svetlana Abdullayeva çıxış etmişlər. Qonaqlara Azərbaycan haqqında videofilm göstərilmiş, Bakı, idmançılarımızın uğurları, respublikanın Baş naziri İlham Əliyevin rəhbərlik etdiyi Milli Olimpiya Komitəsinin fəaliyyəti haqqında nəfis buklet və fotoalbomlar paylanmışdır.
Azərbaycanın bədii gimnastika tarixində ilk dəfə olaraq, idmanın bu növündə olimpiya lisenziyası qazanılmışdır. Buna idmançımız Dinara Gimatova nail olmuşdur. O, Budapeştdə bədii gimnastika üzrə dünya çempionatında halqa ilə (10-cu yer), topla (8-ci yer), gürzlə (16-cı yer) və lentlə (30-cu yer) hərəkətlərin yekununa görə şəxsi birincilikdə 11-ci yeri tutmuşdur. Bu, Azərbaycan idmançılarının beşinci olimpiya lisenziyasıdır. Bundan əvvəl Zemfira Meftahəddinova (stend atıcılığı), İradə Haşımova (güllə atıcılığı), sərbəst üsulla güləşənlər Arif Abdullayev və Elnur Aslanov Afinada çıxış etmək hüququ qazanmışdılar.