Bəhlul Mustafazadənin qolu tarixə düşüb
Bakı, 22 yanvar, AZƏRTAC
“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub.
AZƏRTAC xəbər verir ki, o, Almaniyanın “Ayntraxt” komandası ilə matçın 90+4-cü dəqiqəsində diqqət mərkəzinə düşüb.
28 yaşlı müdafiəçinin qolu təmsilçimiz üçün həlledici olub.
Xatırladaq ki, görüş Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə bitib. Bu nəticədən sonra “Qarabağ” turnir cədvəlində 10 xalla 17-ci, 4 xala malik “Ayntraxt” isə 33-cü pillədə qərarlaşıb. Azərbaycan çempionu sonuncu matçını yanvarın 29-da İngiltərədə “Liverpul” klubuna qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [16:20]
İngiltərə Premyer Liqasında mövsümünün ən yaxşısı adına namizədlər açıqlanıb
- 14.05.2026 [14:42]
Xankəndi stadionunda bərpa işlərinin başa çatacağı tarix açıqlanıb
- 14.05.2026 [12:57]