Bəhlul Vəliyev: Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilib
Bakı, 20 yanvar, Ceyhun Alışlı, AZƏRTAC
20 Yanvar faciəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman oğulların mərdliyi və şücaəti Azərbaycan xalqının azad gələcəyi naminə sönməyən əbədi məşəldir.
Bu sözləri yanvarın 20-də qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarətə gəlmiş paytaxt sakini Bəhlul Vəliyev AZƏRTAC-a müsahibəsində deyib.
Hadisənin şahidi olduğunu söyləyən müsahibimiz həmin gecə yaşından asılı olmayaraq hər kəsin küçələrə axışdığını qeyd edərək deyib: “Faciədən 27 il ötsə də, hər il milyonlarla insan bu müqəddəs məkana gəlməklə şəhidlərimizin xatirəsinə ehtiramını bildirir. Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilib. Mən də soydaşlarımız kimi hər il gəlib şəhidlərimizin məzarlarını ziyarət etməyi özümə borc bilirəm. Xalqımız öz qəhrəmanlarını tanımalı və onların xatirəsini yad etməlidir. Dəhşətli 20 Yanvar gecəsində xalqımız özünün qəhrəmanlığını və azadlıq uğrunda mübarizə əzmini bir daha bütün dünyaya bəyan etdi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]