BELARUS AZƏRBAYCAN İCMALARI KONQRESİ “FREEDOM HOUSE” TƏŞKİLATINA ETİRAZ EDİR
Bakı, 17 dekabr (AZƏRTAC). Belarus Azərbaycan İcmaları Konqresi mərkəzi ofisi Vaşinqtonda yerləşən “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatının illik hesabatı ilə bağlı sözügedən quruma etiraz məktubu göndərmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, məktubda hərbi xuntanın rəhbərlik etdiyi Ermənistanın demokratik inkişaf yolunda inamla addımlayan Azərbaycanla müqayisə edilməsinə etiraz ifadə olunmuşdur.
Qeyd olunur ki, bir milyondan çox insanı öz yurd-yuvasından didərgin salmış, dəhşətli soyqırımı aktlarına imza atmış işğalçı Ermənistanla Azərbaycanın müqayisə edilməsi acı təəssüf doğurur.
Konqres beynəlxalq təşkilatların, dünya birliyinin Azərbaycanın ərazisi kimi tanıdığı Dağlıq Qarabağın “Freedom House” təşkilatının hazırladığı xəritədə “mübahisəli ərazi” kimi göstərilməsinə də öz kəskin etirazını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]