Belarus və Rusiya tennisçiləri ikinci beynəlxalq həmrəylik tennis çempionatının şəxsi yarışlarında fərqləniblər
Bakı, 27 iyul, AZƏRTAC
Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatının şəxsi yarışlarında qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qızlar arasında final yarışında rusiyalı tennisçi Anjelika İsayeva Qırğızıstan təmsilçisi Kseniya Palkinanı 2:1 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.
Oğlanların mübarizəsində isə finalda belaruslu idmançılar Yaroslav Şila və Maksim Dubarenko qarşılaşıblar. Komanda yoldaşına 2:0 hesabı ilə qalib gələn Yaroslav Şila Bakı turnirinin qızıl medalına sahib olub.