Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bənzərsiz ssenarilərlə kino dünyamızı zənginləşdirən sənətkar

Bu gün Xalq artisti Həsən Seyidbəylinin doğum günüdür

Bakı, 22 dekabr, AZƏRTAC

Bu gün görkəmli kinorejissor, ssenarist, kinodramaturq, Xalq artisti Həsən Seyidbəylinin anadan olmasından 100 il ötür. Bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan kinematoqrafiyasının inkişafında təqdirəlayiq xidmətlər göstərmiş görkəmli sənətkarın yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Azərbaycan incəsənətinin görkəmli nümayəndələrindən olan bu böyük kino xadiminin yaradıcılığı hər zaman sənətşünasların diqqət mərkəzində olub və zaman-zaman onun sənət dünyası tədqiqat obyektinə çevrilib. Bu mənada AZƏRTAC-ın sifarişi ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Mətanət Nəsirovanın kinorejissora həsr etdiyi yazı da maraq doğurur.

Ədəbiyyatdan mədəniyyətə gedən yol

1920-ci il dekabrın 22-də Bakıda anadan olan Həsən Seyidbəyli Leninqrad Kino Mühəndisləri İnstitutunun səs operatorluğu və Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb. Sonralar ali ssenari kurslarında təhsilini davam etdirən sənətkar 1963-1980-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında kinorejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində çalışıb.

Həsən Seyidbəyli yaradıcılığa ədəbiyyatla başlamışdı. Onun ədəbi yaradıcılığında “Kür sahillərində”, “Telefonçu qız” povestləri, “Uzaq sahillərdə” romanı (İ.Qasımovla birgə), “Cəbhədən cəbhəyə”, “İllər keçir” ( İ.Qasımovla birgə), “Çiçək” romanları, “Dəniz cəsurları sevir” (İ.Qasımovla birgə), “Sən nə üçün yaşayırsan” (İ.Qasımovla birgə) pyesləri mühüm yer tutur. H.Seyidbəyli kinoya kiçik oçerklər müəllifi kimi gəlmişdi. “Böyük yol”, “Bakıdan - Göygölədək” film-oçerkləri milli kinematoqrafiya sənətinə istedadlı bir gəncin qədəm basdığından xəbər verirdi. Böyük sənət yolunun başlanğıcında duran bu əsərlərdə ilk istedad qığılcımları, vətənə ülvi məhəbbət duyğuları, təbiətə vurğunluq hissləri çox məharətlə tərənnüm olunmuşdu. “Nəsimi” filmini çəkmək böyük bir imtahan idi. Ziddiyyətli tarixi dövrün materiallarını ilk dəfə bədii kinoya gətirmək doğrudan da, riskli bir iş idi, ancaq H.Seyidbəyli bu riskə getdi. Filmin bədii keyfiyyətləri yüksək idi və Nəsiminin dövrü, onun həm şair, həm də yüksək duyğulara malik insan kimi kinoportreti tamaşaçıları valeh etmişdi. H.Seyidbəyli baş rola gənc aktyor Rasim Balayevi çəkmişdi. O, həm də Rasim Balayevi kino sənətinə gətirməklə kino tariximizi zənginləşdirdi. Ömrünün son vaxtlarında H.Seyidbəyli “Xoşbəxtlik qayğıları” filmini çəkdi. Filmin ssenarisini də rejissor özü yazmışdı. Filmdə qəhrəmanlar köhnəliyin qalıqlarına qarşı çıxır, hər şeyi yenidən başlamaq istəyirlər. Milli mədəniyyət tariximizin müasir mərhələsinin ən böyük simalarından olan aktyor ömrünü ədəbiyyata və incəsənətə həsr etmiş, incəsənətin müxtəlif növlərində, janrlarında nailiyyətlər qazanmışdır. Həmin istiqamətlərdən biri də kinodramaturgiyadır. H.Seyidbəylinin kinossenari yaradıcılığı daim diqqət mərkəzində olmuşdur. Sənətkar öz kinossenarilərində maraqlı, gərgin, dramatik süjet ustası, bir-birindən fərqlənən tutarlı xarakterlər yaradıcısı kimi diqqəti cəlb edir. H.Seyidbəylinin kinossenariləri öz ideya məzmunu və bədii-emosional keyfiyyətləri cəhətdən maraq kəsb edir.

Həsən Seyidbəylini kinematoqrafiyada yaşadan ssenarilər

Həsən Seyidbəylinin ssenari müəllifi olduğu “Cazibə qüvvəsi”, “Doğma xalqıma”, “Xoşbəxtlik qayğıları”, “Qızmar günəş altında”, “Möcüzələr adası”, “O qızı tapın”, “Sən niyə susursan?”, “Telefonçu qız”, “Uzaq sahillərdə”, “Yolda əhvalat” kimi filmlər onun ssenarist kimi istedadını sərgiləyir. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan H.Seyidbəylinin böyük kino ilə ilk təması “Uzaq sahillərdə” (1958) filmi ilə baş tutmuşdu. Xalq yazıçısı İmran Qasımovla birgə yazdıqları “Uzaq sahillərdə” filminin ssenarisində kinematoqrafiyanın bütün tələblərinə əməl edilmişdi. Müharibə mövzusunun çox sərrast işləndiyi bu ssenari, müəlliflərinə böyük şöhrət gətirdi. Filmdə İkinci Dünya müharibəsi illərində İtaliya ərazisində partizan dəstəsində vuruşan azərbaycanlı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin qəhrəmanlığından söhbət açılır.

H.Seyidbəylinin ssenarisi əsasında çəkilən ilk bədii-sənədli film “Doğma xalqıma” (1954) filmidir. “Doğma xalqıma” ilk rəngli Azərbaycan bədii-sənədli filmidir. Konsert janrında çəkilmiş ekran əsərində Bülbül, Rəşid Behbudov, Qəmər Almaszadə, Ağababa Bünyatzadə, Leyla Vəkilova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Sona Aslanova, Azad Əliyev, Nəcibə Məlikova, Əfrasiyab Məmmədov, Həsənağa Salayev və başqa incəsənət xadimləri yaradıcılıq hesabatı verir. Bəstəkarlardan Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov və Əfrasiyab Bədəlbəylinin əsərləri, “Koroğlu” və “Nərgiz” operalarından, “Yeddi gözəl”, “Qız qalası”, “Gülşən” baletlərindən fraqmentlər, xalq yaradıcılığı nümunələri filmə daxil edilib.

H.Seyidbəylinin “Kənd həkimi” povesti əsasında çəkilmiş “Qızmar günəş altında” filmində şəhərdən kəndə işləməyə gəlmiş gənc həkim Aydının (Ə.Fərzəliyev) fədakar əməyindən bəhs olunur. Kəndə qısa müddətli ezamiyyətə gəlmiş filmin qəhrəmanı özünün həkimlik borcunu burada, sadə insanların arasında qalmaqda görür.

“Yolda əhvalat” filmi atasının “Pobeda” markalı maşınında öz dostları ilə əylənən, tüfeyli həyat keçirən, maşını dostları ilə məqsədsiz sağa-sola sürüb qəzaya uğrayan gənclərdən söhbət açır.

Azərbaycan kinosunun nağılçısı

Ancaq H.Seyidbəyli bir sıra filmlərin həm ssenari müəllifi, həm də rejissoru kimi çıxış edib. Bunlara misal olaraq, “Bizim Cəbiş müəllim”, “Xoşbəxtlik qayğıları”, “Telefonçu qız”, “Sən niyə susursan” və s. filmləri göstərmək olar. “Bizim Cəbiş müəllim” (1969) filmində bir ailənin tarixçəsi fonunda müxtəlif insanların xarakterləri dinamik kadrlarla, panoramlı çəkilişlərlə təsvir olunur. Filmin epizodlarında nadir hallarda rastlaşdığımız komik dialoqlarda belə müharibənin bədbəxtliklərini xatırladan dərin kədər var. H.Seyidbəylinin filmlərində, hər bir kadrın qrafik və rəng-ton həllinin diqqətlə işlənməsi, həmçinin qeyri-standart təhkiyə tərzi rejissorun kino dilinin ifadə vasitələrinə həssas münasibətindən xəbər verir.

Bu halda, yuxarıda qeyd edilənləri nəzərə alsaq, deyə bilərik ki, kinorejissor H.Seyidbəyli, birinci növbədə, vizuallaşdırma ustası və yalnız ondan sonra nağılçıdır. Çünki hər şeydən əvvəl kinematoqraf təsvir sənətidir. Kinonəql filmin bitkin obrazı ilə nəticələnən “şəkillər” zəncirindən ibarətdir. Əsl kinorejissor - vizuallaşdırma ustası - həmin obrazın partiturasını yaradanda gələcək filmin tamaşaçıya neyrofizioloji təsir xüsusiyyətini əsas götürür. Yəni o, artıq, sadəcə, ssenaridəki material, həmin materialı təkmilləşdirmək və onun gizli potensialını inkişaf etdirmək haqqında düşünmür. Rejissor daha çox bu materialı zaman-məkan ölçüsündə necə istifadə etmək barədə fikirləşir ki, materialın ideyası daha təsirli olsun. Sadə dillə desək, rejissor tamaşaçını öz ismarıcının adresatı hesab edir və insanın qavrama qabiliyyətini nəzərə alır. Təbii ki, kinodramaturq da ssenarini hazırlayanda daim tamaşaçı haqqında fikirləşir - ekspozisiyası, dönüş nöqtələri, kulminasiyası və düyünün açılışı ilə Aristotelin “Poetikası”na əsaslanan ssenarinin üçhissəli quruluşu insanın qavrama qabiliyyətinin xüsusiyyətlərini nəzərə alaraq yaradılıb. Amma hər halda bu, son nəticədə - rejissor kino dilinin elementləri ilə oynayaraq, filmin təkrarolunmaz atmosferini yaradandan sonra meydana çıxacaq nəsnənin ilk rüşeymləridir.

Onun filmləri bu gün də tamaşaçını ovsunlayır

H.Seyidbəyli quruluş verdiyi filmlərdə bir rejissor olaraq, yalnız incə zövqlü sənətkar kimi yox, həm də məqsədi tamaşaçıya bilavasitə hipnotik təsir etmək olan sərt suggestoloq-alim kimi çıxış edir. Mövzu, süjet, fabula isə sadəcə, bu təsirin üzərindəki pərdədir. Görkəmli kinorejissorun filmlərində ilk nəzərə çarpan elementlərdən biri də məhz tamaşaçıya güclü təsiretmə bacarığıdır. Onun filmlərinin atmosferi tamaşaçını film başlayan andan ələ alır, həmin ovqatın təsirinə salır. Son nəticədə tamaşanın üçölçülü səhnəsindən fərqli olaraq, bütün bu sehrli atmosfer ikiölçülü ekranda əks olunur və filmin bütün təsiri işığın, rəngin oyunu, cizgilər, səslər və s. dördbucaq ekran üçündür. Onun çərçivəsi kadrın sərhədləri ilə üst-üstə düşür və kinematoqrafik məkana “giriş” rolunu oynayır. Təbii ki, kinorejissor aktyorların çəkiliş meydançasındakı oyunundan hədsiz zövq ala bilər, amma heç vaxt kino dilinin neyrofizioloji elementlərini yaddan çıxarmamalıdır. Ancaq onların sayəsində film tamaşaçıya təsir edir.

H.Seyidbəylinin ssenari yaradıcılığında özünəməxsus xüsusiyyətləri çoxdur. Kino dramaturqu kimi o, çox ciddi ictimai konfliktə malik mövzulara əl atmış, müharibə, ailə-məişət qayğıları, əmək problemlərinə aid müstəqil ədəbi ssenarilər yazmışdır. H.Seyidbəyli mənfi obrazları ya monoloqları, ya da tərəf-müqabilləri vasitəsilə qınaq obyektinə çevirirdi. Bir sözlə, o, əsl realist sənətkar idi. Onun ekran dramaturgiyasına hələ çox boylanılacaq, sənətkarlıq xüsusiyyətləri təhlil obyektinə çevriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib