Bərdə taxılçıları qısa vaxtda 400 hektar sahədə biçin aparıblar
Bərdə, 5 iyun, AZƏRTAC
Bərdə rayonunun taxılçıları bir neçə gündür arpa biçininə başlayblar. Artıq 400 hektar sahədə biçin aparılıb, 1568 ton məhsul əldə edilib. Hər hektarın orta məhsuldarlığı 39,2 sentnerdir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, torpaq mülkiyyətçiləri bu il 11038 hektar sahədə taxıl bitkiləri becəriblər. Onun da 8511 hektarı buğda, 2527 hektarı dən üçün arpadır. Düzgün aqrotexniki qulluq sayəsində zəmilərdə bol məhsul yetişib. Bu il məhsuldarlığın əvvəlki illərlə müqayisədə daha çox olacağı gözlənilir.
Qeyd edək ki, Bərdə taxılçıları keçən il 11 min 642 hektar taxıl sahəsindən 50 min 170 ton məhsul, o cümlədən 40 min 52 ton buğda, 10 min 118 ton arpa əldə ediblər. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 44,3 sentner, arpa sahələrində isə 38,9 sentner olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]