BƏRDƏDƏ ZONA MÜŞAVİRƏSİNİN YEKUNLARI MÜZAKİRƏ EDİLMİŞDİR
Rayon icra hakimiyyətinin başçısı İlham Ağayev rayonda istehlak olunan elektrik enerjisinin, qazın, suyun və digər kommunal xidmətlərin haqqının yığılmasında yaranmış vəziyyəti ətraflı təhlil etmiş, bu sahədə dövlətimizin başçısı İlham Əliyevin tövsiyə və tapşırıqlarının yerinə yetirilməsinin vacibliyini vurğulamışdır.
Rayon paylayıcı elektrik şəbəkəsi, qaz istismarı və su idarələri rəhbərlərinin məlumatları dinlənilmişdir. Bildirilmişdir ki, bu ilin martında əhalidən yığılmış enerji haqqı 9,1 faiz olduğu halda, iyul ayında 50,8 faizə çatmışdır. Şəbəkə 49117 abonentə xidmət göstərir. 4528 abonentin mənzilində sayğac quraşdırılmışdır. Qaz istismarı idarəsində isə həmin müddətdə müvafiq göstərici 31,6 faizdən 58,2 faizə yüksəlmişdir. İndiyədək rayonda 3190 qaz sayğacı quraşdırılmışdır.
Müşavirədə yol verilmiş nöqsanlar diqqətə çatdırılmış, qanunun tələblərini pozanlara qarşı ciddi mübarizə aparılması tələb edilmiş, müvafiq tədbirlər planı müəyyənləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]