Berezat Utibalıyeva: Novruz bayramı xalqlarımızın ortaq mədəni və ənənəvi dəyərlərinin rəmzidir
Tbilisi, 19 mart, AZƏRTAC
Novruz bayramı bütün Türk dünyasında böyük sevinclə qeyd edilən bayramdır. Bu gün bu bayramı Azərbaycan və Qazaxıstan xalqları da böyük coşqu ilə qeyd edirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Tbilisidə çalışan Qazaxıstandan olan iş adamı Berezat Utibalıyeva deyib.
Onun sözlərinə görə, yeniliyin, oyanışın, bərəkətin simvolu olan Novruzu hamımıza xüsusi əhvali-ruhiyyə gətirir. Bu bayram ölkələrimizin təkcə tarixi və mədəni irsinin vacib bir hissəsi deyil, həm də dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət, ortaq mədəni və ənənəvi dəyərlərin rəmzidir.
O deyib: “Bu dəyərlər xalqlarımızın qədim ənənələrinin qorunmasına, eləcə də Türkdilli ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, mədəni əlaqələrin inkişafına mühüm töhfə verir”.
“Fürsətdən istifadə edərək, hər birinizə ən xoş arzularımı bildirirəm, Azərbaycan xalqına sülh, xeyirxahlıq, səadət və uğurlar, əmin-amanlıq, tərəqqi arzulayıram”, - deyə Berezat Utibalıyeva əlavə edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
- 23.09.2026 [21:08]
Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]