BERLİNDƏ ADR DÖVRÜNÜN ƏSAS RƏMZİ UÇURULMAĞA BAŞLAMIŞDIR
Respublika Sarayı ADR-in arxitektura rəmzlərindən biri sayılır. 1973-cü il noyabrın 2-də onun bünövrəsinə ilk daşı ADR Dövlət Şurasının sədri və Almaniya Vahid Sosialist Partiyası (AVSP) Mərkəzi Komitəsinin baş katibi Erix Honekker qoymuşdu. Şüşə və betondan ucaldılan bu binada AVSP-nin, Azad Alman Gənclər İttifaqının (Şərqi Almaniya komsomolunun) qurultayları, Xalq Palatasının iclasları və digər rəsmi dövlət tədbirləri keçirilirdi. 1990-cı ildə bu binada respublika parlamenti AFR ilə birləşməyə səs vermişdir.
Bundestaqın qərarına əsasən, Şpreye çayının bu mənzərəli sahilində Qogensollernlər sülaləsinin “Ştadtşloss” sarayının vaxtilə burada ucalan Şərq qolunun oxşarı tikiləcəkdir. Layihənin dəyəri 700 milyon avro məbləğində qiymətləndirilir. Hakimiyyət orqanları hələlik tikinti üçün lazımi vəsaiti toplaya bilmədiklərinə görə, Respublika Sarayının yerində müvəqqəti olaraq çəmənlik salınacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]