BERLİNDƏ BEYNƏLXALQ SEMİNAR KEÇİRİLMİŞDİR
Berlin şəhərində “İnsan hüquqları üzrə maarifləndirmə” mövzusunda seminar keçirilmişdir. Almaniya İnsan Hüquqları İnstitutunun təşkil etdiyi beynəlxalq tədbirdə İspaniya, İrlandiya, Şimali İrlandiya, Danimarka, Lüksemburq, Polşa, Qazaxıstan və Azərbaycandan gəlmiş nümayəndələr, ombudsman təsisatlarının əməkdaşları, tanınmış hüquq mütəxəssisləri iştirak etmişlər.
Seminarda ölkəmizi Ombudsman Aparatının əməkdaşı Əhməd İsmayılov təmsil etmişdir.
Tədbirin keçirilməsindən məqsəd iştirakçı dövlətlərdə insan hüquqları üzrə maarifləndirmə sahəsində əldə olunmuş təcrübəni öyrənmək, gələcək fəaliyyətin istiqamətlərini təkmilləşdirmək sahəsində fikir mübadiləsi aparmaq idi.
İştirakçılar öz ölkələrində insan hüquqları üzrə maarifləndirmə sahəsində görülmüş işlər barədə məruzə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]