“Berliner Zeitung”in icraçı direktoru: COP29 çərçivəsində ziddiyyətli mövqelər arasında balans tapılmalıdır
Şuşa, 22 iyul, Hikmət Əhmədov, Leyla Muradzadə, AZƏRTAC
Payızda keçiriləcək COP29 böyük tədbirdir və onun çərçivəsində keçirilən müzakirələrdə ziddiyyətli mövqelər, maraqlar arasında balans tapılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Berliner Zeitung” qəzetinin icraçı direktoru Holger Friedrich 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "İqlim hərəkatı və media" panel müzakirəsində söyləyib.
Jurnalistlərin ekoloji problemlərlə bağlı mesajlarını çatdırmaları üçün bacarıqlı olmalı olduqlarını diqqətə çatdıran icraçı direktor sensasiya, reklam xatirinə xəbər paylaşmağı düzgün hesab etməyərək deyib: "İqlim dəyişikliyi çox ciddi və məsuliyyətli mövzudur. Jurnalistlər bu məsələdə daha çox məlumatlı olmalıdırlar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]