BESLANDA GİROV GÖTÜRÜLMÜŞ İNSANLARI XİLAS ETMƏK ÜÇÜN BÜTÜN TƏDBİRLƏR GÖRÜLÜR
Çeçenistan və İnquşetiya ağsaqqallarının nümayəndələri də girovları azad etmək üçün terrorçularla əlaqə yaratmağa kömək etməyə hazır olduqlarını bildirmişlər.
Rusiya Federal Təhlükəsizlik Xidməti Şimali Osetiya İdarəsinin başçısı Valeri Andreyev xəbər vermişdir ki, “Əl-Əlyam” və “Əl-Cəzirə” ərəb teleşirkətlərinin nümayəndələri də girovların azad edilməsi üzrə operativ qərargaha müraciət edərək, danışıqlar prosesinə qatılmaq istədiklərini bildirmişlər.
Andreyevin sözlərinə görə, respublika prokurorluğu cinayət məcəlləsinin üç maddəsi - adam öldürmə, terrorizm və insanların girov götürülməsi maddələri ilə cinayət işi qaldırmışdır. Terrorçuların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün fəal operativ-axtarış tədbirləri görülür və quldurların hansı qruplara mənsub olmaları müəyyənləşdirilir.
Bəzi məlumatlara görə, terrorçular “Riyadus-Salixin” çeçen əzabkeşləri batalyonu” qruplaşmasının üzvləridir. Həmin qruplaşmanın “Əl-Qaidə” şəbəkəsi ilə əlaqədə olduğu güman edilir, onun yaradıcısı və başçısı isə çeçen terrorçusu Basayevdir. 2002-ci ilin oktyabrında Moskvanın Dubrovka küçəsindəki Teatr mərkəzində insanların girov götürülməsində onun da əli olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]