Beyləqanda indiyədək 1904 nəfər koronavirusa qarşı peyvənd olunub
Beyləqan, 24 fevral, AZƏRTAC
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon üzrə indiyədək 1904 nəfər, o cümlədən yaşı 65-dən yuxarı olan 729 sakin peyvənd edilib. Hər gün orta hesabla 200-250 sakin hərtərəfli həkim müayinəsindən keçdikdən sonra peyvənd olunur.