Beyləqanda məskunlaşan xocavəndli məcburi köçkünlər baramaçılıqla məşğul olacaqlar
Beyləqan, 27 noyabr, AZƏRTAC
Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində 2000 tut tingi əkilib.
AZƏRTAC xəbər verir ki, ipəkqurdu üçün yem bazasının yaradılması məqsədilə əkilən tinglər suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib. Ting əkinində fəal iştirak edən xocavəndli məcburi köçkünlər kənd təsərrüfatının gəlir gətirən sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə əhalinin rifahının daha da yaxşılaşacağına, əlavə iş yerlərinin yaranacağına əminliklərini bildiriblər. Yaxın günlərdə Xocavənd qəsəbəsi ərazisində əlavə olaraq 3500 tut tinginin də əkilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ötən ilin payızında xocavəndli məcburi köçkünlər tərəfindən Beyləqan rayonu ərazisində 10 min tut tingi əkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]