BEYNƏLXALQ AEROKOSMİK KONQRES KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, avqustun 27-dən 31-dək Moskvada Rusiya Federasiyası Prezidenti yanında Dövlət Qulluğu Akademiyasında “Mir” orbital stansiyasının kosmosa çıxarılmasının 20 illiyinə həsr olunmuş V Beynəlxalq aerokosmik konqres keçiriləcəkdir.
Dünyanın bütün kosmik agentliklərinin baş direktorları, kosmik elm və texnologiyaları ilə məşğul olan mütəxəssislərin iştirak edəcəyi tədbirdə Azərbaycan Milli Aerokosmik Agentliyinin baş direktoru professor Əflatun Həsənov çıxış edəcəkdir.