İQTİSADİYYAT
Beynəlxalq Astronavtika Konqresinin elm müsabiqəsinin müddəti uzadılıb
Bakı, 2 mart, AZƏRTAC
“Azərkosmos” və Beynəlxalq Astronavtika Federasiyası tərəfindən keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin elm müsabiqəsində iştirak etmək üçün müddət martın 10-a qədər uzadılıb.
“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, müsabiqə iştirakçılara elmi iş və ya məqalələrini 2-6 oktyabrda Bakı şəhərində təşkil olunacaq kosmik sahənin ən böyük tədbirində ¬– Beynəlxalq Astronavtika Konqresində təqdim etmək fürsətini verir.
Məqalə üzrə hazırlanmış xülasənin (abstract) təqdim olunması üçün son tarix martın 10-dur.
Müəllif Beynəlxalq Astronavtika Federasiyasının saytında qeydiyyatdan keçdikdən sonra hesab yaradaraq aidiyyəti bölmə üzrə məqalənin xülasə hissəsini yükləyə bilər. Müsabiqədə kimlər iştirak edə bilər, məqalənin qəbul olunması və strukturun əsas meyarları haqqında keçiddən istifadə edərək öyrənə bilərsiniz.