Beynəlxalq Dəniz Təşkilatı Şimali Koreyada yoxlama aparıb
Pekin, 16 dekabr, AZƏRTAC
BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Dəniz Təşkilatının nümayəndələri Şimali Koreyanın üzvlük öhdəliklərini yerinə yetirməsini yoxlamaq üçün bu ölkədə səfərdə olublar.
AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Beynəlxalq Dəniz Təşkilatının Üzv Dövlətlərinin Audit Sxeminə (IMSAS) əsasən keçirilən yoxlama zamanı nümayəndə heyəti Şimali Koreya rəsmiləri ilə görüşüb, bir neçə yerə baş çəkib.
Qeyd edək ki, Şimali Koreya 1986-cı ildən Beynəlxalq Dəniz Təşkilatının üzvüdür. Rəsmi Pxenyan beynəlxalq qurumların heyətlərinin ölkəyə girişini məhdudlaşdırdığı dövrdə Beynəlxalq Dəniz Təşkilatının nümayəndələrinin audit aparması maraq doğurur. BMT rəsmilərindən sonuncu dəfə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru ötən ilin iyulunda Şimali Koreyada səfərdə olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]